“Bu seçkidə əsas rəqibim Putindir…” – Poroşenko

“Bu seçkidə əsas rəqibim Putindir…” – Poroşenko
 

Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenko növbəti dəfə Rusiyanı onun ölkəsini parçalamaq cəhdlərində ittiham edib. Martın 31-də keçiriləcək prezident seçkisilə bağlı danışan Poroşenko bu seçkidə onun başlıca rəqibinin Vladimir Putin olduğunu bəyan edib:

"Kimdir mənim rəqibim? Çəkinmədən, açıq mətnlə bunu yalnız mən deyirəm. Çünki digərləri (prezidentliyə namizədlər-red.) bunu deməyə qorxurlar, ona görə ki, sonradan ora (Rusiyaya-red.) hansısa açıq, yaxud gizli yol tapmağı düşünürlər. Mənimsə bu seçkidə əsas rəqibim Putindir”.

Poroşenko bu açıqlaması ilə digər real namizədləri Rusiya rəhbərliyilə əlaqə qurmaqda, hətta Rusiyanın maraqlarına xidmət etməkdə günahlandırıb: "Mənim üçün fərqi yoxdur, Kolomoyski başda olmaqla, oliqarxların hansı Putinin xeyrinə oynayacaq. Çünki bizim dövləti zəiflədən hər şey Putini gücləndirir”.

Xatırladaq ki, Poroşenkonun adını çəkdiyi İqor Kolomoyski hazırda reytinqlərə görə prezidentlik yarışında lider olan şoumen Vladimir Zelenskinin əsas himayədarı hesab olunur.

P.Poroşenko çıxışında onu da qeyd edib ki, Rusiya getdikcə daha çox təcrid olunur və bu səbədən Ukraynanı istənilən yolla parçalamağa hazırdır.


OXŞAR XƏBƏRLƏR

Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Sərvəti 1 milyardı keçdi

Türkiyəli məşhur aktyor Burak Özçivit sərvəti ilə gündəmə gəlib.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bütün qazancını daşınmaz əmlaka y...

Rusiya və Ukrayna 25 yaşdan kiçik əsir hərbçilərin mübadiləsinə başladı

Rusiya ilə Ukrayna arasında İstanbulda əldə edilən razılığa əsasən növbəti əsir hərbçilərin mübadiləsi reallaşıb.   Sfera.az xəbər veirr ki, bu barəd...

28 deputat Paşinyanın impiçmenti üçün imza təqdim edəcək

Ermənistanın "Hayastan" müxalif parlament fraksiyası baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinin başlanması üçün çatışmayan 28 deputat imzası...

Azərbaycan Gürcüstana birbaşa investisiyaları iki dəfə artırıb

Bu ilin birinci rübündə Azərbaycanın Gürcüstan iqtisadiyyatına birbaşa investisiyaları 25 milyon ABŞ dolları təşkil edib.   Bu barədə Sfera...

Bu məşhur elə dəyişdi ki, aeroportda tanımadılar - FOTO

Türkiyəli məşhur modelyer Gülşah Saraçoğlu keçirdiyi plastik əməliyyatdan sonra xaricə səfərində pasport nəzarət sistemi tərəfindən tanınmayıb.   Sfe...