Keşlə dəmiryolunda qorxulu anlar - FOTO

Keşlə dəmiryolunda qorxulu anlar -  FOTO

Aşma təhlükəsi olan qatarı çətinliklə saxlamaq mümkün olub, sərnişinlər təcili evakuasiya ediliblər.

Bu gün səhər saat 7 radələrində Balakəndən Bakıya gələn 656-664/file/articles/655-663 saylı Bakı-Köçərli-Balakən-Bakı sərnişin qatarı böyük bir faciənin eşiyindən dönüb.

Hadisə zamanı qatarda olan sərnişin Şahpəri Abbasovanın Sputnik-ə verdiyi xəbərə görə, qatar səhər saat 7 radələrində "Keşlə" stansiyası yaxınlığında relsdən çıxıb. Aşma təhlükəsi olan qatarı çətinliklə saxlamaq mümkün olub.Sərnişinlər təcili evakuasiya ediliblər. 

Qatar bələdçiləri hadisəyə maşinistin ehtiyatsızlığının səbəb olduğunu ehtimal ediblər. 

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Sputnik-ə bildirib ki, hadisə qatarın təkər cütlüyünün relsdən çıxması nəticəsində baş verib. Xoşbəxtlikdən, bədbəxt hadisə baş verməyib. Ölən və xəsarət alan yoxdur. Xəbər hazırlanan vaxt hadisənin nəticələri aradan qaldırılırdı. 

Əzməmmədov bildirib ki, hadisənin nədən baş verdiyi hələlik məlum deyil, araşdırma aparılır. 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Kokain viskidən pis deyil": Kolumbiya prezidentindən şok bəyanat

Kolumbiya prezidenti Qustavo Petro kokainin leqallaşdırılması məsələsi ilə bağlı debat açıb.    Sfera.az bildirir ki, Qustavo Petro ölkəsində qa...

“Netflix” transseksual aktrisa dan imtina etd - TƏFƏRRÜATLAR

İslamofob və irqçi mesajlar yayan ispan transseksual aktrisa Karla Sofia Qaskonun silinmiş tvitləri ətrafında mübahisələr getdikcə genişlənir.    ...

Bred Pitt Ancelina Coli ilə barışmağa çalışır: Məqsədi nədir?

Hollivud aktyoru Bred Pitt Ancelina Colidən münasibətlərini yaxşılaşdırmasını istəyib. Sfera.az bildirir ki, illərlə ictimai, qalmaqallı boşanmadan sonra məş...

Hindistanda fil turisti öldürdü

Hindistanın Anamalai Pələng Qoruğunda (Tamil Nadu ştatı) vəhşi fil Almaniyadan gələn 77 yaşlı turistə hücum edərək onu öldürüb.   Sfera.az bildirir ki,...

Bütün qızılları mağazadan çıxarmaq üçün üç gün havalandırma şaxtasında yaşadı - FOTO

Türkiyənin Adana şəhərindəki ticarət mərkəzindən qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. O, 3 gün havalandırma şaxtasında polisdən gizlənib və sonda ...

Türkiyədə sərnişin avtobusu aşdı- Ölən və yaralananlar var

Türkiyənin Antalya şəhərində sərnişin avtobusu aşıb.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 32 nəfə...