Ermənilərdən Vyana görüşü ərəfəsində təxribat

Siyasət
11:40 / 27.03.2019
4109
Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə martın 29-da keçirilməsi ehtimal edilən Vyana danışıqlarını pozmaq istəyir. Bu barədə Rusiya portalı yazır. Həmin məqalənin bəzi hissələrini təqdim edir:
Uzun müddət ərzində Qarabağ cəbhəsində nisbi sakitlik hökm sürürdü. Ehtimal edilən Vyana görüşünə bir neçə gün qalmış isə erməni tərəfinin təxribatı nəticəsində Azərbaycan hərbçisi şəhid olub. Təbii ki, ermənilər dərhal bildiriblər ki, hər şeyin günahı Azərbaycan tərəfdədir. Guya ki, onlar hansısa mühəndis işləri həyata keçiriblər. Ancaq xəbərdarlıqdan sonra erməni hərbçilər atəş açmalı olublar. Çox ermənisayağıdır... Nə vaxt, hansı cəbhədə qarşı tərəfi xəbərdarlar edirlər?
İş onda deyil. Hələ martın 20-də Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin erməni əsgərini yaralaması barədə məlumat yayıb. Sonra bəlli olub ki, bu hadisə 18 fevralda olub. Sonrası daha qəribədir. Sən demə yaralı hərbçinin sağ yanağını nəsə cızıb. Yəni onun həyatını təhlükəyə atacaq heç nə yoxdur. Onun soyadı, hadisənin harada baş verdiyi isə ciddi cəhdlə gizlədilir. Erməni mətbuatı da nazirliyin ötürməsi ilə yenidən aranı qatmağa başlayıb - "biz yazıqları məhv etmək istəyirlər. Danışıqlara necə başlamaq olar?”.
Bütün bunlar isə beynəlxaql ictimaiyyətin Ermənistan rəhbərliyinin danışıqların formatını dəyişmək barədə tələbini rədd etdiyi üçün baş verir. Ermənilər bura dünyanın heç bir ölkəsinin tanaımadığı separataçı rejimin də nümayəndələrini daxil etmək istəyirdilər. İndi elə vəziyyət yaranıb ki, onalr bu danışıqları uzatmaq istəyirlər. Aydındır ki, əgər onlar danışıqlardan imtina etsələr ciddi diplomatik itki ilə üzləşəcəklər. Bunun üçün də İrəvan bu təxribata əl atıb və Azərbayacan hərbçisini qətlə yetirib. Bununla da Vyana danışıqlarını təxirə salmaq üçün əlindən gələni edir.
Bu hadisə isə birdən nə isə dəyişər, Qarabağı danışıqlar masasına çağırarlar ümidi ilə vaxt udmağa çalışan Nikol Paşinyanın köməyi olmadan baş tutmayıb. Alınmayacaq... Artıq bu məsələ hamını bezdirməyə başlayıb.