Azərbaycan yığmasında növbəti forma biabırçılığı

Azərbaycan yığmasında növbəti forma biabırçılığı
Xorvatiyadakı məlum forma qalmaqalı bitməmiş millimizdə forma ilə bağlı növbəti biabırçı olay yaşanıb.

 Litva ilə dünənki yoxlama görüşünün ikinci hissəsində meydançaya çıxan Emin Mahmudovun formasının arxasındakı yazı diqqət çəkib.

Belə ki, Eminin soyadı Mahmudov olduğu halda formanın arxasına Makhmudiv yazılıb. Görünən budur ki, milli komandanın yeni inzibatçısı işinə növbəti dəfə məsuliyyətsiz yanaşıb. Maraq üçün qeyd edək ki, millinin yeni inzibatçısı Hacı Zaur Məhərrəmov AFFA-nın baş katibi Elxan Məmmədovun həm kadrı, həm yerlisi, həm də qohumudur. rekord.az

OXŞAR XƏBƏRLƏR