TQDK-dan abituriyentləri sevindirəcək xəbər

TQDK-dan abituriyentləri sevindirəcək xəbər

Sənəd verməyə gecikən abituriyentlərə yeni şans

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən, lakin may ayında müəyyən olunmuş vaxt ərzində sənəd təqdim etməyən 11-ci sinfi 2015-ci ildə bitirən abituriyentlər üçün iyulun 21-dən avqustun 19-dək ərizə təqdim etmək imkanı yaradılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından "Xəzər Xəbər"ə verilən məlumata görə, I, II, III və ya IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verən cari ilin 11-ci sinif məzunları həmçinin kolleclərə də ərizə təqdim etmək hüququna malikdirlər. Bu zaman onlar ikinci ödəmə kartı almadan I, II, III və ya IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə təqdim etmək üçün əldə etdikləri ödəmə kartı ilə qeydiyyatdan keçə bilərlər.

Elektron ərizə təqdim etmək istəyənlər //eservices.tqdk.gov.az/erizebak/Qrup5_OI/PageParol.aspx?frm=egov linkinə daxil ola bilərlər.

Qeyd edək ki, orta məktəbi bu il (2015-ci ildə) bitirən abituriyentlər 11-illik bazada kolleclərin müsabiqəsində buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər. Müsabiqədə ümumi balı 16-dan, Ana dili və riyaziyyat fənlərinin hər birindən minimal balı 8-dən az olmayan (xarici dil və ya kimya fənni üzrə minimal bal tələbi qoyulmur) abituriyentlər iştirak edə bilərlər.


OXŞAR XƏBƏRLƏR

Rusiyadakı qiymət artımı Azərbaycana təsir edə bilərmi? - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrindən idxal olunan kənd təsərrüfatı məhsullarına tətbiq olunan embarqonu 2026-cı il dekabrın 31-dək uzadıb. Bu siya...

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul ELAN EDİLDİ

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilib.   Bu barədə Sfera.az-a Dövlət İ...

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə YARADILACAQ

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə yaradılacaq.   Sfera.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.   Bildirili...

Dünya bazarlarında neft cüzi UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...

Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı

Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi (FLNKS) Bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bəyanata...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...