Ermənistanda kürd problemi və Paşinyanın saxta “Novruz” təbriki

Ermənistanda kürd problemi və Paşinyanın saxta “Novruz” təbriki
Ermənistanda kürd problemi və Paşinyanın saxta "Novruz” təbrikiErmənistanda kürd problemi və Paşinyanın saxta "Novruz” təbriki
 

Politoloq Fuad Axundov hesab edir ki, Ermənistanın kürd icmasını Novruz Bayramı münasibətilə təbrik etməklə, Paşinyan ölkəsinin çoxmillətli olduğunu göstərməyə çalışır.

Paşinyan düşünmür ki, rəsmi statistikaya görə Ermənistanda yezidi kürdlərin sayı 1000 nəfərə çatmır. BMT Komitəsinin 92-ci iclasında bu rəqəmi xarici işlər nazirinin müavini Aşot Hovakimyan səsləndirib. Kürd təşkilatların məlumatına görə, onların sayı ermənistanda daha da azdır. Beynəlxalq təşkilatların hesabatlarında qeyd edilir ki, Ermənistanda kürdlər öz müqəddəratını təyin edə bilmir”.

F.Axundovun dediyinə görə, Paşinyan öz ölkəsini tolerant və çoxmillətli göstərməyə çalışır. Halbuki, 10 il öncə Ermənistanda yezidi kürdlərin sayı daha çox idi.

"Böyük kürd icması” mifini yaratmaq üçün, Ermənistan parlamentində 2017-ci ildə Knyaz Həsənov adında milli azlıq nümayəndəsi seçilmişdir. Maraqlısı odur ki, hələ 2017-ci ildə o, hakimiyyət partiyasının nümayəndəsi idi, yəni, Serj Sarkisyanın tərəfdarı olub. Keçən ilin dekabr ayında artıq Paşinyan tərəfdarı olaraq seçilib”.

Ermənistan hakimiyyəti hər zaman ölkənin monoetnikləşdirilməsi və digər xalqların assimilyaya uğraması üçün əlindən gələnini etmişdir. 250 mindən artıq Azərbaycanlının qovulması, sonra yahudilərin, rusların və yezidlərin ölkədən köçməsi, yəqin ki Paşinyanın yadından çıxıb.

F.Axundov qeyd edib ki, ən gülünc statistik məlumat Ermənistandakı azərbaycanlılara aiddir. Belə ki, Aşot Hovakimyanın hesabatına görə, Eçmiədzində bir azərbaycanlı qadın yaşayır, və məktəbdə tarix müəllimidir. Belə çıxır ki, baş nazir 900 yezidi kürdün çoxdan qeyd etmədikləri Novruz bayramı münasibətilə təbrik edir, amma yeganə azərbaycanlı qadını təbrik etməyə cürət etmir? "interfax.az”

OXŞAR XƏBƏRLƏR

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.   "Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə...

İkardi "dəli olacaq" - "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz - FOTO

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Va...

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...