"Barselona" şokda: Messi zədələndi

"Barselona"nın futbolçusu Lionel Messinin Argentina millisinə qayıdışı uğursuz olub.

32 yaşlı hücumçu düşərgədə zədələnin. Messi bu səbəbdən Mərakeş yığmasına qarşı yoldaşlıq oyununda iştirak etməyəcək. 

Messinin qasıq nahiyəsində ağrılar hiss etdiyi bildirilib. Həmçinin komandanın digər oyunçusu Qonsalo Martines də zədə səbəbindən növbəti görüşü buraxacaq. 

Qeyd edək ki, Rusiyadakı dünya çempionatındakı uğursuzluqdan sonra milli komandadan imtina edən Messi ilə bağlı Argentina və Mərakeş futbol federasiyaları arasında qalmaqala səbəb olan müqavilə imzalanmışdı. Afrika mətbuatında yayılan xəbərə görə, Mərakeşlə oyun öncəsi Messini qoruma üçün bir anlaşma əldə olunub.

Anlaşmaya görə, Mərakeş Futbol Federasiyası Argentina yığması üçün xüsusi təyyarə ayırmalıdı. Müqavilədə Messi ilə bağlı da bəzi maddələr var. Belə ki, ulduz futbolçu ən azı 60 dəqiqə meydanda olmalı, mərakeşli futbolçular ona qarşı sərt müdaxilələr etməməli idi. Həmçinin xəbərdə bildirilirdi ki, Mərakeşin baş məşqçisi Herve Renard futbolçularına "Messiyə toxunmayın" tapşırığını verib.

Lakin ulduz futbolçu zədə aldığından imzalanan müqavilənin bəzi şərtlərinə əməl olunamayaq.

Onu da qeyd edək ki, Argentina yoldaşlıq oyununda Venesuelaya 1:3 hesabı ilə uduzub. Lionel Messi həmin görüşdə sona qədər iştirak edib. Bu, ulduz futbolçunun 2018-ci il dünya çempionatından sonra yığmada ilk matçı olub.Fanat.Az

OXŞAR XƏBƏRLƏR

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...

Lənkəranda gənc oğlan öldürüldü, saxlanılan var

Oktyabrın 17-si saat 22 radələrində Lənkəran şəhəri ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə yerləşdiril...

Depressiya bu xəstəliyə gətirib çıxarır - XƏBƏRDARLIQ

Elmi araşdırmalar depressiyadan əziyyət çəkən insanların 2-ci tip diabet inkişaf riskinə daha çox həssas olduğunu müəyyən edib.   Sfera.az xəbər verir ...