Məşhur məşqiçi maaşından imtina etdi

Məşhur məşqiçi maaşından imtina etdi
Braziliyanın "Santos” klubunun baş məşqçisi Xorxe Sampaoli öz maaşından imtina edib.
 
Argentinalı mütəxəssis bu addımla klubun futbolçulara olan borcunu ödəyə bilməməsinə etiraz edib. Futbolçuların fevralın əvvəlindən bəri maaşlarını ala bilmədiyi bildirilir. 
 
Qeyd edək ki, "Santos” son vaxtlar uğursuz çıxış edir. Komanda son 3 görüşdə qələbə qazana bilməyib. Komandadakı eniş maliyyə problemi  ilə əlaqələndirilir.

OXŞAR XƏBƏRLƏR