Türkiyə lirəsinin ölümündə ABŞ faktoru
Dünya
11:05 / 23.03.2019
7193
Cümə günü Türkiyə lirəsin məzənnəsi aşağı düşüb. Bu Türkiyə Prezidenti Ərdoğanın ABŞ-ın Qolan yüksəkliklərini İsrailə aid olması barədə qərarını tənqid etdikdən sonra baş verib.
Lirənin dollara nisbətdə məzənnəsi 4% aşağı düşüb və bir dollara görə 5.7 lirə təşkil edib. İstanbul BİST birjasının indeksinə görə fond bazarı 3.5% itirib.
Türkiyənin Mərkəzi Bankı hərracları müvəqqəti olaraq dayandırıb.
Xatırladaq ki, Ərdoğan İsrailin Qolan yüksəkliklərinin işğalının qanuniləşdirilməsinə Türkiyənin heç vaxt imkan verməyəcəyini bildirib.