Milli üzvləri Xorvatiyada nə qədər pul itirib?

Milli üzvləri  Xorvatiyada nə qədər pul itirib?
Azərbaycan milli komandasının Xorvatiyadan 1 xal alması federasiyanın ən böyük arzusu idi. Qurban Qurbanovu yola salıb, sıradan xorvatiyalı mütəxəssis Nikola Yurçeviçi baş məşqçi postuna gətirən federasiya qazanılacaq 1 xalı qızıldan daha üstün tuturdu. 

Hətta bunun üçün rəhbərlik səviyyəsində futbolçularla görüş keçirilmiş, ciddi mükafat sözü verilmişdi. Bizdə olan məlumata görə, milli komandanın hər bir üzvü 1 xala görə 30 min, qələbəyə görə isə 50 min manat mükafat alacaqdı.

Qeyd edək ki, dünən baş tutan oyun Xorvatiyanın 2-1 hesablı qələbəsi ilə başa çatıb.



OXŞAR XƏBƏRLƏR