İker Kasilyas: "Karyeramı "Portu"da bitirəcəyəm"

İker Kasilyas:
"Portu”nun qapıçısı İker Kasilyas klubla müqaviləsini artıracağını bildirib.
 
37 yaşlı qolkiper "Football Espana”ya açıqlamasında karyerasını Portuqaliya təmsilçisində bitirəcəyini də deyib:
 
"Portuqaliyaya gəldiyim gündən "Portu”nun prezidenti mənimlə çox yaxşı davrandı.Bu həftə klubla müqaviləmi yeniləyəcəm. Yeni sözləşmənin şərtinə görə, 40 yaşıma qədər burada oynayacam. İndi 37 yaşım var. Yəqin ki, karyeramı da "Portu”da bitirəcəyəm”.
 
Qeyd edək ki, İspaniya millisi və "Real"ın sabiq üzvü 2015-ci ildən "Portu"da çıxış edir.

OXŞAR XƏBƏRLƏR