İranda yanacaq daşıyan maşınla minik avtomobili toqquşub, 13 əcnəbi ölüb
Dünya
19:44 / 20.03.2019
3050
İranın Sistan-Bəluçistan əyalətində avtomobil qəzasında 13 nəfər ölüb.
ONA-nın Tehran bürosunun məlumatına götə, bunu İran Səhiyyə Nazirliyinin təcili tibbi yardım mərkəzinin Zahidan şəhər üzrə şöbə rəisi Fəriborz Raşidi deyib.
F.Raşidi deyib ki, hadisə bu gün səhər yerli vaxtla saat 2:45-də Sarvan-İsfəndək maqistral yolunda baş verib. Qaçaq yanacaq daşıyan yük maşını ilə ölkəyə qanunsuz daxil olmuş əcnəbi vətəndaşların olduğu avtomobil toqquşub.
Hadisə nəticəsində 13 nəfər ölüb, 8 nəfər yaralanıb.
Yaralılar Sarvan şəhər Xəstəxanasına çatdırılıb.