Məşhur avtomobil şirkətində türk dilini qadağan etdilər - QALMAQAL

Dünya
17:12 / 19.03.2019
3210
Almaniyanın avtomobil nəhəngi "BMW” şirkəti Münhen şəhərindəki ofisində işçilərə türk dilində danışmağı qadağan edib.
Adı açıqlanmayan əməkdaşlardan biri şirkətdə sadəcə alman dilində danışmağa icazə olduğunu bildirib.
Şirkətin İnsan resursları departamenti hadisə ilə bağlı araşdırma başlayıb. Şirkət sözçüsü Jochen Frey deyib ki, "BMW” işçilərə hansı dildə danışmaqları diktə edilmir, ancaq iş əsnasında verilən təlimatların hər kəsin başa düşməsi üçün almanca danışılması məsləhətlidir.
Avtomobil nəhəngi BMW-nin Münhendə 50 müxtəlif millətdən 7 min işçisinin olduğu bildirilir.Bakupos