İsveç uyğurlara miqrant statusu verəcək

Dünya
18:14 / 19.03.2019
5086
Çinin Sintzyan-Uyğur Muxtar Bölgəsindən İsveçə gələrək, sığınacaq istəyən müsəlman uyğur türkləri və digər müsəlman etnik azlıqların üzvlərinə miqrant statusu veriləcəyi bildirilib.
Bu barədə İsveç Miqrant Ofisinin internet səhifəsində açıqlama verilib. İsveç Miqrant Ofisinin açıqlamasında sözügedən qrupa mənsub şəxslərin sığınacaq müraciətlərinin birbaşa qəbul ediləcəyi və deportasiya edilməyəcəkləri qeyd edilib. Açıqlamada Birləşmiş Millətlər Təşkilatı İnsan Haqları Komissiyasının (UNHRC) Çindəki düşərgələrdə saxlanılan uyğurların sayının 1 milyondan çox olduğuna dair hesabata işarə edilib. Verilən açıqlamada, "İnsan Haqları Müşahidə Təşkilatının (HRW) hesabatına görə də Sintzyandakı din azadlığının məhdudlaşdırılması o dərəcəyə çatıb ki, bölgədə İslam dinini yaşamaq praktiki olaraq qadağan edilib", - deyə vurğulanıb.