Kapital Bank daha bir beynəlxalq konfransda iştirak edib

Kapital Bank daha bir beynəlxalq konfransda iştirak edib
 

Kapital Bank və Paşa Holdinq-in nümayəndələri 13-14 mart 2019-cu il tarixlərində Amerika Banklar Assosiasiyasının törəmə qurumu Maliyyə və Ticarət üzrə Banklar Assosiasiyası (BAFT) tərəfindən Dubayda keçirilən beynəlxalq forumda iştirak ediblər. "Dəyiş. Uyğunlaş. İnkişaf et” şüarı altında keçirilən tədbirə Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq və Paşa Holdinqin Baş iqtisadçısı Elman Eminov qatılıb.

 

Tədbir texnoloji yeniliklər, komplayens və bir sıra digər məsələlərlə bağlı müxtəlif beynəlxalq ekspertlərin çıxışları ilə yadda qalıb. Tədbir zamanı "Rəqəmsal Transformasiyalar Dövründə Komplayens”, "Ödənişlərin Transformasiya Texnologiyası” və digər mövzularda müzakirələr aparılıb.

 

Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq qeyd edib ki, bu ilki tədbirin əsas məqsədi maliyyə sektorunda yeni texnologiyaların əhəmiyyətini müzakirə etməkdir. Rəqəmsal transformasiyanın bir hissəsi kimi İnnovasiya, müştərilərdən yüksək gözləntilərə cavab vermək üçün yeni imkanlar yaradır, eyni zamanda, kiber təhlükəsizlik, yeni normativ siyasət, xüsusilə komplayens və fırıldaqçılığa qarşı xəbərdarlıq hallarına hazır olmağa zəmin yaradır.

 

Həmçinin, "MENA regionun iqtisadi reallığı” panelində çıxış edən Paşa Holdinqin Baş iqtisadçısı Elman Eminov bildirib ki, MENA regionu əsasən neft istehsalı və ixracı ilə xarakterizə olunur. Bu baxımdan yaxın və orta müddətli dövrdə neft qiymətinin dinamikası və ümumi iqtisadi aktivlikdə özəl sektorun iştirakının artırılması gündəlikdə duran əsas iqtisadi məsələlər olacaq.

 

Qeyd edək ki, tədbir 2017-ci ildə BAFT tərəfindən yaradılan MENA bölməsi (Middle East, North Africa) tərəfindən keçirilib və əsas məqsədi regionda olan mühüm məsələləri müzakirə etməkdir.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...