“Cash by Code” xidməti artıq IBAm-da

“Cash by Code” xidməti artıq IBAm-da

 

Azərbaycan Beynəlxalq Bankı IBAm istifadəçilərini yeniliklərlə sevindirməkdə davam edir. IBAm-ın çoxsaylı funksiyaları sırasına artıq "Cash by Code” xidməti də əlavə olunub. IBAm istifadəçiləri indi öz mobil telefonları vasitəsilə bu xidmətin üstünlüklərindən rahatlıqla faydalana bilərlər.

 

"Cash by Code” son dərəcə asan pulköçürmə xidmətidir. Bunun üçün Azərbaycan Beynəlxalq Bankının plastik kart sahibi və IBAm istifadəçisi olmaq kifayətdir. Belə ki, bu xidmət vasitəsilə müştərilər heç bir bank ofisinə getmədən kartı olmayan şəxslərə pul göndərə, yaxud plastik kartları üzərlərində olmadığı hallarda da bankomatdan nağd pul çıxara bilərlər.

 

Xidmətdən istifadə etmək üçün kart sahibi IBAm-a daxil olaraq "Köçürmələr” bölməsində "Cash by Code” xidmətini seçir. Məbləği, valyutanı və vəsaiti əldə edəcək şəxsin mobil nömrəsini daxil edir. Bu zaman sistem kodun birinci hissəsi olan xüsusi 5 rəqəmli kod yaradaraq onu telefonun ekranında əks etdirir. Həmin kod paralel olaraq vəsaiti göndərən şəxsə SMS vasitəsilə də daxil olur. Eyni zamanda vəsaiti əldə edəcək şəxsin mobil nömrəsinə də kodun ikinci hissəsi olan 5 rəqəm SMS vasitəsilə daxil olur.

 

Yekunda 10 rəqəmli kodu, göndərilən vəsaitin məbləğini və valyutasını bankomatın "Cash by Code” bölməsinə daxil etməklə vəsaiti nağdlaşdırmaq mümkündür.

 

IOS və Android istifadəçiləri Azərbaycan Beynəlxalq Bankının IBAm mobil əlavəsini həm AppStore, həm də Google Play-dən yükləyə bilərlər.

 

Yükləmə linkləri:

 

Google Play - //play.google.com/store/apps/details?id=iba.mobilbank

 

App Store - //itunes.apple.com/us/app/ibam-mobil-bank/id1251456175?ls=1&mt=8

 

Azərbaycan Beynəlxalq Bankının internet bankçılıq xidməti olan IBAnking xidmətinə isə bu link vasitəsilə qoşulmaq olar: //ibanking.ibar.az

 

Bank yeni-yeni funksiyalarla IBAm mobil əlavəsinin imkanlarını gələcəkdə də genişləndirəcək.

 

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...