Bakıda marşrut avtobusunun iştirakı ilə zəncirvarı qəza baş verib - FOTO

Bakıda marşrut avtobusunun iştirakı ilə zəncirvarı qəza baş verib - FOTO
 

Bakıda 5 maşının iştirakı ilə zəncirvarı yol qəzası baş verib.


 

ONA-nın məlumatına görə, hadisə Qara Qarayev prospektində, 8-ci kilometr bazarı yaxınlığında qeydə alınıb. 40 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu "VAZ-2107”, "VAZ” və "Nissan” markalı avtomobillərə çırpılıb. Daha sonra "Nissan” "Qazel”ə, "Qazel” isə BMW-yə dəyib.


 

Qəza nəticəsində "VAZ-2107” markalı avtomobilin sürücüsünün xəsarət aldığı bildirilir.

 

 

Hadisə nəticəsində yolda tıxac yaranıb.


 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR