Erməni Rusiyaya 7 milyard ziyan vurdu

Dünya
16:30 / 18.03.2019
3918
Rusiyada daha bir erməninin dələduzluğunun üstü açılıb. Bu dəfə söhbət sığorta şirkəti "Rosqosstar"ın rəhbəri Sergey Xaçaturovdan gedir. Rusiya mətbuatının məlumatına görə, Federal Təhlükəsizlik Bürosu onun barəsində aparılan ilkin istintaqı yekunlaşdırıb.
Xaçaturov külli miqdarda vəsaiti, əmlakı mənimsəməkdə, dələduzluqda ittiham edilir. İstintaq zamanı bəlli olub ki, onun əməlləri nəticəsində ümumilikdə 7 milyard rubl dəyərində ziyan dəyib. Bu rekord göstəricidir.
Rusiya maliyyə ekspertlərindən biriinin sözlərinə görə, artıq Rusiya vətəndaşlığını qəbul edən erməni biznesmenlər üçün qara günlər başlayır. Bu isə ermənilərin qısa müddətdə daha çox oğurluq edərək Rusiyanı tərk etmək istəkləri ilə bağlıdır.