Camal Qaşıqçının qatilləri ilə bağlı yeni xəbər: Mükafat tələb edirlər
Ötən ilin oktyabrında Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda öldürülən müxalif jurnalist Camal Qaşıqçının qatilləri hələ üzə çıxarılmayıb.
Sfera.az xəbər verir ki, amma "New York Times”a danışan mənbə bildirib ki, suiqəsd dəstəsi hadisədən bir il əvvəldən gərgin qrafiklə işləyib. Belə ki, ötən Ramazan bayramında da başqa müxalifləri susdurmaq üçün işləyən suiqəst dəstəsi Səudiyyə şahzadəsindən əlavə mükafat istəyib.
Mənbə bildirir ki, şahzadə Salmanın qurduğu bu özəl dəstə ölkə xaricində yaşayan müxalifləri izləyir, qaçırır, tutur, öldürür və işgəncə verir. Bu dəstə 2017-ci il ərzində 12 müxalifi tutub. Həmin müxaliflər yaşadıqları ölkələrdən qaçırılaraq Səudiyyəyə gətirilib və Kralın, şahzadənin saraylarında saxlanılırlar.