Terrorçunun ailəsi mediaya danışdı: Gizlənmək istəyirik
Dünya
22:42 / 17.03.2019
3661
Yeni Zelandiyada 49 müsəlmanı qətlə yetirən terrorçu Brenton Tarrantın ailəsi ilk dəfə mediaya açıqlama verib.
Qatilin 81 yaşlı nənəsi (ana tərəfdən) Meri Fitzcerald yaşanan olaydan olduqca təəssüfləndiyini bildirib.
"Ailəmizdən birinin belə hadisə törətməsini qəbul etmək çətindir. Ailələr, ölənlər və yaralananlar üçün böyük təəssüf hissi keçiririk. Evə gedib, sadəcə gizlənmək istəyirik", - deyə Fitzcerald bildirib.
Tarrantın digər nənəsi (ata tərəfdən) Coys Tarrant isə nəvəsinin ildə iki dəfə onları ziyarət edən yaxşı uşaq olduğunu deyib:
"Ailə bu qətliamı anlamağa çalışır".
Avstraliya mediasının xəbərinə görə, terrorçunun anası Şaron bu dəhşətli olayı məktəbdə dərs deyən zaman direktordan öyrənib.
Qeyd edək ki, Tarrantın anası və iki qardaşı polis tərəfindən qorunur.
///axar.az