Bakı metrosunda qapı tutanlar cərimələnəcək?

Bakı metrosunda qapı tutanlar cərimələnəcək?

Moskvada metrodan istifadə qaydalarında dəyişikliklər edilib. 

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, qapıların bağlanmasına imkan verməyərək, qatarların hərəkətinə maneçilik törədən sərnişinlər cərimələnəcək. Qaydaları pozduqlarına görə onlar 1000 rubl ödəməli olacaqlar (18 AZN).

Bundan başqa, sərnişinlərə qapıların bağlanması barədə xəbərdarlıq edən işıq siqnalı yandıqdan sonra sərnişinlərə vaqona daxil olmaq qadağandır.

Bəs “Bakı Metropoliteni”ndə belə bir cərimənin tətbiqinə ehtiyac var?

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, metroda sərnişin qatarın qapısını saxlayırsa bu, sadəcə qapının xarab olma ehtimalı ilə yanaşı, müəyyən qrafik ilə hərəkət edən qatarın gecikməsi, intervalın artması və nəticədə minlərlə insanın hüququnun pozulması deməkdir.

Şöbə rəisinin sözlərinə görə, sərnişinlər qatarın qapılarını saxladığı üçün inzibati məsuliyyət daşıyır:“Metropolitendən istifadə qaydalarının pozulmasına görə inzibati məsuliyyət var. Ancaq bu işlə konkret hüquq-mühafizə orqanları, yeni metropolitendə polis şöbəsinin əməkdaşları məşğul olurlar. Bizim polislərin işini yerinə yetirmək səlahiyyətimiz yoxdur”.

Nəsimi Paşayev qeyd edib ki, sərnişinlərin bu barədə maariflənməyə ehtiyacı var. 

“Gün ərzində metrodan 700 000 insan istifadə edir. Yüzlərlə belə hal baş verə bilər. Fiziki olaraq bunun öhdəsindən gəlmək çətindir. Buna görə təbliğat, ictimai qınaq daha effektli olardı.

Məsələn, “Bakı Metropoliteni” QSC stansiyalarda bununla bağlı böyük lövhələr yerləşdirib.

İctimai qınaq da olarsa daha yaxşı olar.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən metroda vaqonlarda, stansiyada, platformada siqaret çəkməyə, vaqonların qapılarının açılıb-bağlanmasına mane olmağa, qatarı ləngitməyə, metropolitenin işçiləri üçün nəzərdə tutulmuş çəpərlənmiş ərazilərə daxil olmağa görə 50 manat cərimə nəzərdə tutulub. Bu cərimənin olmasına baxmayaraq sərnişinlər vaqonların qapılarının açılıb-bağlanmasına mane olurlar. 


OXŞAR XƏBƏRLƏR

Cənazə biznesi sahibinin evindəki ürpədici kəşflər müstəntiqləri təəccübləndirdi

Koloradoda (ABŞ) dəfn evinin sahibi, 34 yaşlı Mayls Harford öz evində 35 yandırılmış insan qalıqlarını qanunsuz saxlamaqda ittiham olunur. İndi təqsirləndirilən...

Gündə bu qədər çörək yeyə bilərsiniz - Pəhrizdə olanlara ÇAĞIRIŞ

Dietoloq Yuliya Çexonina və ROSBIOTECH Universitetinin taxıl, çörəkbişirmə və qənnadı məmulatları texnologiyaları kafedrasının müdiri Yelena Taranova çörəyi tam...

“Simpsonslar”da ölümcül qasırğanın olacağı təsvir edilib: Pərəstişkarlar heyrətə gəlib

“Simpsonlar” cizgi serialının pərəstişkarları iddia edirlər ki, ssenaristlər Florida ştatını vuran və azı 17 nəfərin ölümünə səbəb olan qasırğanı əv...

Qadını öldürdükdən sonra özü də intihara cəhd etdi

Hollandiyanın Assen şəhərində 35 yaşlı Ukrayna vətəndaşının meyiti tapılıb. Hadisədən sonra intihara cəhd edən onun 40 yaşlı keçmiş sevgilisi cinayətdə şübhəli ...

4 litr su içən qadın xəstəxanalıq oldu - İlginc HADİSƏ

Avstraliyalı Nina Munro soyuqdəymə əlamətlərini "müalicə etmək" üçün təxminən dörd litr su içdikdən sonra ağır vəziyyətdə qalıb. Sfera.az xəbər ver...

TƏBİB-dən Tağı Əhmədovun ölümü ilə bağlı AÇIQLAMA

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Tağı Əhmədovun halının pisləşməsi səbəbilə çağırış daxil olub.   Sfera.az xəbər verir ki, ...