Emin Milli prezidentə təşəkkür etdi, Azərbaycana qayıtmaq istədiyini dedi

Emin Milli prezidentə təşəkkür etdi, Azərbaycana qayıtmaq istədiyini dedi

 

 

Tanınmış bloqer, müxalifət fəalı, "Meydan Tv"nin direktoru, keçmiş siyasi məhbus Emin Milli Prezident İlham Əliyevə dünənki əfv sərəncamına görə təşəkkür edib.


 

Sfera.az bildirir ki, bu barədə o, öz "feysbuk” səhifəsində yazıb.

 

"İlham Əliyevə bu gün xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bizim mübarizəmizin, ictimai fikrin böyük rolu var, amma Əliyevin son addımları və bu addımı da onun özünün cəsarətli qərarlarıdır. Demokratik ölkələrdə hər zaman ictimaiyyətin fikri nəzərə alınır və heç bir prezident buna diqqət ayırdığı üçün zəif, gücsüz hesab edilmir”, - deyə E.Milli bildirib.

 

Onun sözlərinə görə, Azərbaycanda 127 siyasi məhbus var və bütün dünya onların günahsız olduğunu bilir.

 

"Hesab edirəm ki, bəzilərinin azad edilməsi zəifliyin təzahürü deyil, real siyasi gücün və özünə əminliyin nümayişdir. 100-150 nəfərin həbsi ilə hakimiyyəti nə almaq, nə də onu itirmək olar. Mən İlham Əliyevi bu siyasi xətti davam etdirməyə və Azərbaycanı tədricən real islahatlara aparmağa çağırıram", - o vurğulayıb.

 

Bloqer həmçinin bildirib: "Çox istəyərdim ki, Azərbaycana qayıdım və İlham Əliyevdən belə real islahatlar haqqında Meydan TV-də canlı müsahibə alım. İlham Əliyev bunları etsə, həm ölkədə, həm də dünyada çox pozitiv, güclü, qorxmaz və maraqlı bir lider kimi böyük rəğbət qazanar və bütün Azərbaycanı irəliyə aparar.

 

İlham Əliyev 16 ildir hakimiyyətdədir. Ancaq indi, məhz hakimiyyətinin 16-cı ilində baş verən bu dəyişikliklər onun hakimiyyətini daha da möhkəmlədə bilər.

 

Mən siyasətçi deyiləm və mənim üçün kimin hakimiyyətdə olması yox, ölkənin necə idarə olunması daha vacibdir. Hər zaman düzü tərifləyib, səhvi göstərən biri kimi bu gün İlham Əliyevi ictimai fikrə önəm verərək, belə bir addım atdığı üçün təbrik edirəm”.

 

Qeyd edək ki, bundan dərhal sonra "Feysbuk”da müxalifətin radikal hissəsi tərəfindən Emin Milliyə qarşı tənqid dalğası başlayıb. Radikallar E.Millinin həqiqi və xoş niyyətini anlamayıblar və onu xəyanətdə ittiham ediblər.

 

 


OXŞAR XƏBƏRLƏR

Kobaxidze növbədənkənar parlament seçkilərindən danışdı

Gürcüstanda müxalifətin etirazları fonunda növbədənkənar parlament seçkilərinin keçirilməsi  istisna edilir.   Sfera.az xəbər verir ki, bun...

Macarıstan veto hüququndan istifadə edə bilər - Orban şərtlərini AÇIQLADI

Macarıstanın Baş naziri Viktor Orban Rusiyaya qarşı sanksiyaların uzadılması şərtlərini açıqlayıb.   Sfera.az bildirir ki, o, bu barədə “K...

Gənclər və idman komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib

Yanvarın 24-də Milli Məclisin Gənclər və idman komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.    Sfera.az xəbər verir ki, clası...

Xalq artisti yenidən Bəstəkarlar İttifaqının sədri seçildi

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının XI qurultayı keçirilib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, qurultayda mədəniyyət naziri Adil Kərim...

BCM Taliban liderləri üçün həbs tələb edir - Gender zorakılığına görə...

Beynəlxalq Cinayət Məhkəməsi (BCM), Taliban liderləri üçün gender əsaslı cinayətlərə görə həbs qərarları tələb edib, çünki hərəkat Əfqanıstanda qadınların hüquq...

Türkiyə və Suriya azad ticarət sazişinin bərpasını nəzərdən keçirəcək

Türkiyə və Suriya azad ticarət sazişinin bərpası üzərində işləməyi planlaşdırır.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyinin ik...