Emin Milli prezidentə təşəkkür etdi, Azərbaycana qayıtmaq istədiyini dedi

Emin Milli prezidentə təşəkkür etdi, Azərbaycana qayıtmaq istədiyini dedi

 

 

Tanınmış bloqer, müxalifət fəalı, "Meydan Tv"nin direktoru, keçmiş siyasi məhbus Emin Milli Prezident İlham Əliyevə dünənki əfv sərəncamına görə təşəkkür edib.


 

Sfera.az bildirir ki, bu barədə o, öz "feysbuk” səhifəsində yazıb.

 

"İlham Əliyevə bu gün xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bizim mübarizəmizin, ictimai fikrin böyük rolu var, amma Əliyevin son addımları və bu addımı da onun özünün cəsarətli qərarlarıdır. Demokratik ölkələrdə hər zaman ictimaiyyətin fikri nəzərə alınır və heç bir prezident buna diqqət ayırdığı üçün zəif, gücsüz hesab edilmir”, - deyə E.Milli bildirib.

 

Onun sözlərinə görə, Azərbaycanda 127 siyasi məhbus var və bütün dünya onların günahsız olduğunu bilir.

 

"Hesab edirəm ki, bəzilərinin azad edilməsi zəifliyin təzahürü deyil, real siyasi gücün və özünə əminliyin nümayişdir. 100-150 nəfərin həbsi ilə hakimiyyəti nə almaq, nə də onu itirmək olar. Mən İlham Əliyevi bu siyasi xətti davam etdirməyə və Azərbaycanı tədricən real islahatlara aparmağa çağırıram", - o vurğulayıb.

 

Bloqer həmçinin bildirib: "Çox istəyərdim ki, Azərbaycana qayıdım və İlham Əliyevdən belə real islahatlar haqqında Meydan TV-də canlı müsahibə alım. İlham Əliyev bunları etsə, həm ölkədə, həm də dünyada çox pozitiv, güclü, qorxmaz və maraqlı bir lider kimi böyük rəğbət qazanar və bütün Azərbaycanı irəliyə aparar.

 

İlham Əliyev 16 ildir hakimiyyətdədir. Ancaq indi, məhz hakimiyyətinin 16-cı ilində baş verən bu dəyişikliklər onun hakimiyyətini daha da möhkəmlədə bilər.

 

Mən siyasətçi deyiləm və mənim üçün kimin hakimiyyətdə olması yox, ölkənin necə idarə olunması daha vacibdir. Hər zaman düzü tərifləyib, səhvi göstərən biri kimi bu gün İlham Əliyevi ictimai fikrə önəm verərək, belə bir addım atdığı üçün təbrik edirəm”.

 

Qeyd edək ki, bundan dərhal sonra "Feysbuk”da müxalifətin radikal hissəsi tərəfindən Emin Milliyə qarşı tənqid dalğası başlayıb. Radikallar E.Millinin həqiqi və xoş niyyətini anlamayıblar və onu xəyanətdə ittiham ediblər.

 

 


OXŞAR XƏBƏRLƏR

Trampın nəvəsi 18 yaşını belə qeyd etdi - VİDEO

ABŞ Prezidenti Donald Trampın nəvəsi Kai Tramp 18 yaşını maraqlı formada qeyd edib. Gənc Tramp bu əlamətdar gündə “TikTok” hesabında paylaşdığı rəqs...

4-cü dəfə burun əməliyyatına girəcək

Əməkdar artist Nigar Şabanova yenidən cərrah bıçağı altına uzanacaq.   Sfera.az xəbər verir ki, sənətçi bu barədə özü məlumat verib.   ...

Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə dünyasını dəyişdi - Masallıda FACİƏ

Mayın 10-da saat 21 radələrində Masallı rayonu Həsənli kəndi ərazisində dəhşətli hadisə baş verib.   Sfera.az “qafqazinfo.az”a istin...

Kürdə suyun səviyyəsi yüksəldi: Daşqın təhlükəsi… - Rəsmi

Hazırda Azərbaycan ərazisinə qonşu dövlətlərdən daxil olan transsərhəd çaylarda (Kür, Araz, Samur, Qabırrı və digərləri), eləcə də ölkənin daxili çaylarında yaz...

ABŞ-Çin razılaşması nefti bahalaşdırdı - RƏQƏMLƏR

ABŞ və Çin arasında qarşılıqlı ticarət rüsumlarının azaldılması barədə razılığın əldə olunmasından sonra dünya bazarlarında neft qiymətləri kəskin artıb &nbs...

4 bürc üçün xəyallar gerçəkləşir - Ürəyinizdə solan daxili alov yenidən alışacaq

Bu yazın sonuncu Tam Ayı, güclü emosiyalar, Kainatdan gələn işarələr və uzun müddət dayanmış vəziyyətlərdə irəliləyiş üçün bir fürsət gətirəcək. Dörd bürc üçün ...