Bakıda polis oğurluq üstündə tutuldu

Bakıda polis oğurluq üstündə tutuldu

Bu gün saat 17:39 radələrində Səməd Vurğun küçəsi, 60 ünvanında yerləşən "AF Center" ticarət mərkəzində fəaliyyət göstərən "İrobot" şirkətinin mağazasında oğurluq hadisəsi baş verib. 

Sfera.azqafqazinfo”-a istinadən xəbər verir ki, şirkətin Azərbaycandakı təmsilçisi Elşən Quliyev hadisə barədə bizimyol.info saytına məlumat verib. Onun sözlərinə görə, müştərilərdən biri satıcı Fərhad Quliyevə yaxınlaşaraq ondan təmizlik robortu üçün əlavə aksessuar alıb və pulunu ödəyib. Daha sonra o, satıcıdan əlavə paket istəyib. Fərhad Quliyev ona paket gətirmək üçün müştəridən aralanıb. Bu zaman həmin şəxs digər aksessuar komplektini götürərək aradan çıxıb.

Satıcı müştərinin hərəkətindən şübhələndiyi üçün nəzarət kamerasına baxıb və onun komplekti oğurladığını görüb. Dərhal hadisə barədə DİN-in 102 xidmətinə məlumat verib.

Qısa müddətdə mağazaya ətrafdakı polis əməkdaşları daxil olub. Onlar satıcı Fərhad Quliyevi özləri ilə yaxınlıqdakı polis bölməsinə aparıblar. Elşən Quliyevin sözlərinə görə, təxminən 40 dəqiqə sonra oğurluq edən şəxsin yaxalandığı barədə ona məlumat verilib. Məlum olub ki, həmin şəxs Quba Rayon Polis Şöbəsinin əməkdaşı Fərid Əliyevdir.

Mənbə onun hazırda polis bölməsində saxlanıldığını bildirib. Bölmədə satıcının ərizəsi alınıb. Fərid Əliyev isə hadisəni törətmədiyini bildirib. Şirkətin təmsilçisi isə hadisənin görütülərini mətbuata təqdim edə biləcəyini deyib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiyadakı qiymət artımı Azərbaycana təsir edə bilərmi? - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrindən idxal olunan kənd təsərrüfatı məhsullarına tətbiq olunan embarqonu 2026-cı il dekabrın 31-dək uzadıb. Bu siya...

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul ELAN EDİLDİ

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilib.   Bu barədə Sfera.az-a Dövlət İ...

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə YARADILACAQ

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə yaradılacaq.   Sfera.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.   Bildirili...

Dünya bazarlarında neft cüzi UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...

Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı

Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi (FLNKS) Bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bəyanata...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...