Erməni hərbi ekspertdən təlaşlı açıqlama:“Qorxurduq ki....”

Erməni hərbi ekspertdən təlaşlı açıqlama:“Qorxurduq ki....”
Azərbaycan ordusunun ötən gün başa çatan irimiqyaslı hərbi təlimləri Ermənistanda müzakirə olunmaqdadır. 10 minə qədər canlı qüvvə, 500-ə qədər tank və digər zirehli texnikanın, yüzlərlə reaktiv artilleriya və ən yeni raket komplekslərinin cəlb olunduğu, döyüş şəraitinə maksimal yaxınlaşdırılmış təlimlərin ssenarisi şərti düşmənin müdafiə xəttinin yarılması və ərazilərin işğaldan azad edilməsi üzərində qurulmuşdu.

Sfera.az Virtualaz.org-a istinadla  xəbər verir ki, bu təlimləri şərh edən erməni hərbi ekspert Taron Ovanisyan onun əvvəlkilərdən fərqlənmədiyini deyir. Onun bildirdiyinə görə, Azərbaycan ordusunun keçirdiyi təlimlərdə həmişə eyni ssenari oynanılır, bu da o deməkdir ki, ordu müvafiq döyüş əməliyyatlarına hazırlaşır. İndiki halda Ovanisyana görə bu təlimlər Azərbaycan ordusunun Qarabağ istiqamətində hücumuna hazırlıqdır.

"Düzünü desəm, mən gözləyirdim ki, bu təlimlərdə ilk dəfə Belarusdan alınan "Polonez” operativ-taktiki raket komplekslərindən və İsraildən alınan LORA operativ-taktiki raket komplekslərindən döyüş atışları həyata keçiriləcək. Lakin nə bu, nə digəri tətbiq edilmədi. Ən azından yayılan kadrlarda bu atışları biz görmədik ki, burası bir qədər təəcübləndirir”-Ovanisyan "Sputnik Armenia” agentliyinə açıqlamasında deyib.

Erməni ekspert qeyd edib ki, Azərbaycan "Polonez” və LORA komplekslərini Ermənistanın "İsgəndər” komplekslərini əldə etməsinə cavab olaraq almışdı. O, istisna etmir ki, həmin vsitələrin təlimlərdə tətbiq edilməməsi raketlərin dəyərinin yüksək olması ilə bağlıdır.

"Məsələn, bir LORA raketinin qiyməti 800 min dollara yaxındır. Ola bilsin Azərbaycanın hərbi-siyasi rəhbərliyi təlimlərə bu qədər böyük vəsaitin xərclənməsini məqsədəuyğun saymayıb”-Ovanisyan bildirib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi "Polonez” və LORA raket komplekslərinin də təlimlər çərçivəsində öz bazalarını tərk edərək poliqonlara doğru hərəkət etdiyinə dair kadrları yayıb. Lakin daha sonra təlimlərin gedişinə dair xəbərlərdə bu komplekslər gözə dəyməyib.Eləcə də təlimlərin döyüş atışlı hissəsinə dair Müdafiə Nazirliyinin yaydığı kadrlarda "Vampir” və "Qrad” reaktiv yaylım atəşi sistemlərindən, özüyeriyən qaubitsalardan və müxtəlif çaplı minomyotlardan, o cümlədən tanklardan şərti hədəflərə kütləvi zərbələrin endirilməsi əksini tapıb.

Lakin "Polonez” və "LORA” operativ-taktiki raket komplekslərindən döyüş atışları həyata keçirilməyibsə belə bu silahların təlim poliqonlarına çıxarılması onların real döyüş əməliyyatlarında tətbiqi ilə bağlı digər mühüm elementləri sınaqdan çıxarmağa imkan verir. Bura komplekslərin döyüş mövqeyini tutması, vurulacaq hədəflərin təsbit edilməsi, şəxsi heyətin kompleksləri çevik şəkildə döyüşə hazır vəziyyətə gətirməsi, zərbənin endirilməsindən sonra döyüş mövqeyinin mümkün cavab zərbələrindən yayınmaq üçün qısa zamanda tərk edilməsi kimi məqamlar daxildir.

"Polonez” raket kompleksləri 250 kilometr mənzilli 8 yüksək dəqiqlikli raketlərlə təchiz olunub. LORA kompleksləri isə 400 kilometrdən çox məsafədə hədəfi 500 kiloqrama yaxın döyüş başlıqlı raketlərlə vura bilir.

OXŞAR XƏBƏRLƏR

"İstanbulda əldə olunan razılaşmaları həyata keçirməyə hazırıq” - Peskov

Kremlin mətbuat katibi Dmitri Peskov Ukrayna tərəfinin döyüşlərdə həlak olmuş hərbçilərin cəsədlərini qəbul etmək məsələsində mövqeyini dəyişib-dəyişməyəcəyinin...

Süni intellekt psixoloji diaqnostikanı dəyişdirir

Son illərdə süni intellekt (AI) psixologiya sahəsində də sürətlə inkişaf edir. Xüsusilə psixoloji diaqnostika və müalicə metodlarında AI-nin tətbiqi insan zehni...

Şəmkirdə 59 yaşlı şəxsi elektrik öldürdü

Şəmkirdə 59 yaşlı şəxsi elektrik cərəyanı vuraraq öldürüb.   Sfera.az xəbər verir ki, hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb.   ...

"Rusiya və Ukrayna danışıqları davam etdirməlidir" - Peskov

Rusiya və Ukraynanın memorandumlarına cavab mübadiləsi məsələsində iki nümayəndə heyətinin görüşünün davam etdirilməsi tələb olunacaq.   Sfera.az Rus...

Ermənistan Türkiyə və Azərbaycanla sərhədlərin açılması halında bütün ssenarilərə hazırdır

Ermənistan Dövlət Gəlirlər Komitəsi (DGK) Türkiyə və Azərbaycanla sərhədlərin açılması halında bütün ssenarilərə hazırdır.   Sfera.az Ermənistan mətb...

İran ABŞ-nin təklifini qəbul etmədi

Tehran ABŞ-nin təqdim etdiyi son nüvə təklifini “qəbuledilməz” hesab edir və yaxın günlərdə Oman vasitəsilə rəsmi Vaşinqtona yeni əks-təklif göndərə...