Şahmat millimiz DÇ-də 7-ci oldu
Qazaxıstanın paytaxtı Astanada keçirilən şahmat üzrə komandalararası dünya çempionatına yekun vurulub. "Qafqazinfo” xəbər verir ki, kişilərin yarışında mübarizə aparan Azərbaycan millisi IX - sonuncu turda Misirə qalib gəlib.
Həmçinin Rusiya, ABŞ, Çin və İngiltərə də turu qalibiyyətlə başa vurub. Beləliklə, Rusiya 16 xakka dünya çempionluğunu qazanıb. İngiltərə 2-ci, Çin isə 3-cü yeri tutub. Yarışı 8 xalla tamamlayan Azərbaycan yığması İranla xallarının sayını bərabərləşdirsə də, əlavə göstəricilərdə ondan geri qalıb və 7-ci olub.
IX tur
İngiltərə - İsveç - 3,5:0,5
Qazaxıstan - Çin - 1,5:2,5
Azərbaycan - Misir - 2,5:1,5
ABŞ - İran - 3:1
Rusiya - Hindistan - 2,5:1,5
Turnir cədvəli: 1. Rusiya - 16 xal; 2. İngiltərə - 13; 3. Çin - 12; 4. Hindistan, 5. ABŞ - 11; 6. İran, 7. Azərbaycan - 8, 8. Qazaxıstan, 9. İsveç - 4, 10. Misir - 3.