Qətər Türkiyədən “Altay” tankları alır - RAZILAŞMA

Dünya
12:41 / 13.03.2019
2413
Qətər Türkiyənin istehsal etdiyi "Altay” tanklarından əldə etmək məqsədilə Ankara ilə razılığa gəlib. Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müqaviləyə görə rəsmi Doha 100 ədəd tank alacaq.
Türkiyənin hakim partiyası rəhbərinin köməkçisi Ali İhsan Yavuz açıqlamasında deyib ki, Qətərə ilk mərhələdə 40 ədəd tank göndəriləcək.
İlk 40 ədəd tankdan sonra göndəriləcək zirehli texnika yerli motorla istehsal olunacaq. Bununla da "Altay” tanklarında istifadə olunan yerli materailların sayı daha da artacaq.