“Rektorların qəbuluna düşmək prezidentin qəbuluna düşməkdən çətindir” – Ekspert BDU-nun yeni rektoru haqda nələr dedi?

“Rektorların qəbuluna düşmək prezidentin qəbuluna düşməkdən çətindir” – Ekspert BDU-nun yeni rektoru haqda nələr dedi?

 

 

Məlum olduğu kimi, prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinə yeni rektor təyin edib. BDU-nun yeni rektoru Elçin Babayev bu təyinata qədər Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsində çalışıb. O eyni zamanda, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini, ŞAR "Günəş və Günəş-Yer əlaqələrinin fizikası” şöbəsinin rəhbəri və AMEA "Azərbaycan Astronomiya Jurnalı”nın Baş redaktor müavinidir.

 

Maraqlıdır, yeni rektorun gəlişi təhsil məbədimiz sayılan Bakı Dövlət Universitetində nələri dəyişəcək, Elçin Babayev prezidentin yüksək etimadını və ictimaiyyətin gözləntilərini doğrultmaq üçün hansı addımları atmalıdır?


Sfera.az bu və digər suallarla bağlı təhsil üzrə ekspert Kamran Əsədovun fikirlərini öyrənib. Öncə BDU-nun hazırkı durumu və mövcud problemlərdən söz açan ekspertin sözlərinə görə, son illər Azərbaycan təhsili inkişaf yolunda olsa da bəzi ali məktəblər bu ümumi tenndensiyadan kənarda qalıb: "Belə bir durumun yaranması isə ilk növbədə ali məktəb rekterlarının müddətsiz təyinatı ilə bağlı idi. Amma bilirsiniz ki, ölkə prezidenti qanunvericiliyə dəyişiklik etdi, həmin dəyişikliklərə əsasən bundan sonra dövlət universitetlərinə təyinat alan rektorlar 5 il müddətindən artıq işləyə bilməyəcəklər. Hesab edirəm ki, rektorların 5 il müddətinə təyin olunması universitetlərin fəaliyyətinə ciddi şəkildə müsbət təsir göstərəcək. Çünki 5 il sonra fəaliyyətində irəliləyiş olmayan rektorların yenidən hansısa etmada layiq görülməsinin özü böyük sual altına düşəcək”


Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsində işlədiyi müddətdə Elçin Babayevin təhsilin inkişafı istiqamətdə mühüm layihələrin icrasında iştirak etdiyini xatırladan həmsöhbətimiz yeni rektordan gözləntilərini belə ifadə edib: "Düşünürəm ki, BDU-nun alimləri qrant layihələrdə daha çox iştirak edəcəklər. BDU Azərbaycanın flaqman, ən böyük Universitetidir. Təəssüf ki, son illər universitetin həm beybbəlxalq reytinqinə, həm də yerli imicinə müəyyən qədər zədə dəyib. Odur ki, yeni rektorun həyata keçirməli olduğu çoxsaylı islahatlar var. Başlıca məsələlərdən biri kimi tələbə yataqxanası probleminin həll olunmasını göstərmək olar. Eyni zamanda BDU-nun elektron xidmətlər sistemi yaradılmalıdır. Xaricdən tələbə qəbuluna ciddi diqqət yetirmək lazımdır. Düşünürəm ki, BDU-da elmi tətqiqat işlərinin istiqaməti dəyişməlidir. Daha çox kapital, gəlir əldə edilməsi istiqamətində fəaliyyətə yer verilməlidir”.


Təhsil eskperti təklif edir ki, yeni rektorun qəbul günləri artırılsın: "20 mindən çox tələbəsi olan bir universitetdə rektorun həftənin 2 günü (təxminən 3 saat) qəbul günü keçirməsi qənaətbəxş sayıla bilməz. Əvvəlki rektorların dövründə rektorun qəbuluna düşmək prezidentin qəbuluna düşməkdən çətin idi. Rektor əlçatan olmalıdır. Reallıq odur ki, BDU-da tələbələr rektorun qəbuluna düşə bilmək üçün 3-4 qapı keçməlidir, amma çox vaxt elə birinci qapıdan "kəsilirlər”. Tələbələr rahatlıqla rektorlarına yaxınlaşa bilməli, problemlərini onun diqqətinə çatdırmalıdır. Rektor-tələbə dostluğunu, onun tələbələrin yanında olduğun görmək xoş olardı. Xarici ölkələrdən peşıkar müəllimlər dəvət olunmalı, gənc müəllimlərə yeni imkanlar açılmalıdır. Nəzərə alsaq ki, bu il BDU-nun 100 yaşı tamam olur deməli, BDU-nun adına, yaşına uyğun islahatlar həyata keçirilməlidir. Ümid edirəm ki, yeni rektor 5 illik fəaliyyəti dövründə BDU-nun əvvəlki nüfuzunu bərpa edəcək”.

 

 

Orxan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...