Azərbaycan Beynəlxalq Bankında "Qazprombank" nümayəndələri ilə görüş

Azərbaycan Beynəlxalq Bankında

Ölkəmizə işgüzar səfərdə olan Rusiya "Qazprombankı”nın nümayəndələri səfər çərçivəsində Azərbaycan Beynəlxalq Bankında da görüş keçiriblər. Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Abbas İbrahimovqonaqlara bankın fəaliyyəti barədə ətraflı məlumat verib. Bankda həyata keçirilən inkişaf tədbirlərini, qarşıya qoyulmuş yeni strateji hədəfləri diqqətə çatdırıb. Azərbaycan Beynəlxalq Bankının xarici əlaqələrini daim inkişaf etdirdiyini, yeni əməkdaşlıq imkanlarını hər zaman dəyərləndirməyə çalışdığını bildirib.

Öz növbəsində, "Qazprombank”ın İdarə Heyəti sədrinin müavini Famil Sadıqov təmsil etdiyi maliyyə qurumunun Azərbaycan bankları ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. O, ölkəmizə səfər çərçivəsində müxtəlif qurumlarda keçirdikləri görüşlər barədə danışıb. Azərbaycan Beynəlxalq Bankı ilə gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. "Qazprombank”ın ölkəmizdə həyata keçirmək niyyətində olduğu bir sıra layihələrdə Azərbaycan Beynəlxalq Bankının da iştirakı imkanlarına diqqət yönəlib.

Eyni zamanda, Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə müəssisəsi olan "Bank ABB – Moskva” ilə "Qazprombank” arasında tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə biznes layihələrinin həyata keçirilməsi məsələləri müzakirə edilib. Görüşdə qarşılıqlı maraq doğuran digər bir sıra mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

OXŞAR XƏBƏRLƏR

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...