Ermənistanın növbəti məğlubiyyəti, Paşinyandan sonunu gətirəcək Qarabağ həmləsi
Cəmiyyət
12:43 / 12.03.2019
2145
"Ermənistan Azərbaycan qarşısında növbəti dəfə siyasi məğlubiyyətə uğradı”.
Bu sözləri açıqlamasında Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə səsləndirib.
Millət vəkilinin sözlərinə görə, Ermənistan tərəfi danışıqların formatını dəyişmək üçün artıq bir ilə yaxındır ki, müxtəlif cəhdlər edir:
"Nikol Paşinyan siyasətdə təcrübəsiz olduğundan Dağlıq Qarabağ kimi ağır bir məsələnin həllindən özünü kənar tutmağa çalışır. Paşinyan bəyanatlarında və müsahibələrində dəfələrlə məsələnin mahiyyətini başqa istiqamətə çəkməyə çalışıb. ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələyə ciddi bir nöqtə qoydular. Bildirdilər ki, danışıqlar Azərbaycan və Ermənistan tərəfləri arasında getməlidir. Tərəflər beynəlxalq hüquq normalarına uyğun hərəkət etməlidirlər. Beynəlxalq hüquq normaları bir ölkənin digər ölkə tərəfindən işğalına yol vermir. Beynəlxalq hüquq normaları bir ölkənin silahlı qüvvələrinin digər ölkənin ərazisində hüquqi əsası olmadan yerləşdirilməsini qadağan edir və s. Yəni Ermənistan növbəti dəfə siyasi məğlubiyyətə uğradı. Amma prinsipcə, nə dünən, nə bu gün Ermənistan rəhbərləri ölkənin, xalqın deyil, öz maraqlarını güdüblər. Dünən ölkəni Köçəryan, Sarkisyan talayırdı. Bu gün Paşinyan başlayacaq bu prosesə. Müəyyən bir müddətdən sonra isə vəzifəsini başqa bir "Paşinyana” təhvil verəcək. Dağlıq Qarabağ probleminin həlli Ermənistanın çox da marağında deyil. Azərbaycan isə üsulundan asılı olmayaraq, bu problemi kökündən həll etmək əzmindədir”.Publika.az