ABŞ-dan Venesuelaya şok sanksiya

ABŞ-dan Venesuelaya şok sanksiya
ABŞ Dövlət katibi Mayk Pompeo Venesueladakı diplomatik heyətinin çıxarılmasına göstəriş verib. Bundan bir neçə saat öncə isə Vaşinqton Venesuelanın PDVSA dövlət neft şirkəti ilə işbirliyinə görə Rusiya bankına sanksiyalar tətbiq edib.

Birləşmiş Ştatların martın 11-də atdığı addımlar Karakas və Moskvaya təzyiqi artırıb. Moskva Venesuelanın hakimiyyətini saxlamağa çalışan lideri Nikolas Maduroya maliyyə dəstəyi verir.

"Yanvarın 24-də diplomatların qohumlarının çıxarılması və səfirlik işçilərinin minimuma endirilməsinə qərar vermişdik. Son qərar da Venesuelada durumun pisləşdiyini, burada diplomatik heyətimizin mövcudluğunun ABŞ siyasətinə gərginlik yaratdığını göstərir”, – Pompeo Dövlət Departamentinin yaydığı bəyanatda bildirir.

"Evrofinance Mosnarbank” isə vebsaytında yerləşdirdiyi bəyanatda bildirir ki, fəaliyyətini sabit şəkildə davam etdirir, müştəriləri və tərəfdaşlarıyla bağlı bütün öhdəliklərini yerinə yetirəcək. Pompeo jurnalistlərlə söhbətində "Rosneft” şirkətini PDVSA kimi tanınan "Petroleos de Venesuela SA-dan neft almaqda suçlayıb.

"Rusiyanın dövlətə məxsus Rosneft şirkəti ABŞ sanksiyalarına məhəl qoymadan PDVSA-dan xam neft alışını davam etdirir. "Rosneft” rəhbəri Iqor Seçin bu rejimin ömrünü uzadır”, – Pompeo vurğulayıb.

ABŞ-ın Milli təhlükəsizlik müşaviri Con Bolton isə beynəlxalq banklara və maliyyə qurumlarına xəbərdarlıq edib.

"Bankirlər: Maduro və müttəfiqlərinin Venesuela xalqının sərvətini oğurlamasına kömək etməyin. Birləşmiş Ştatlar baxır. Dünya izləyir. Venesuela xalqı göz qoyur”, – o, martın 11-də Twitter-də yazıb.

Səhmdarları içində "Qazprom” şirkəti olan "Qazprombank” bildirib ki, ABŞ xəzinədarlığının qərarı onun işinə təsir göstərməyəcək.

"Qazprombank” "Evrofinance Mosnarbank”-da minoritar paya malikdir. Bank ABŞ sanksiyaları altında olan şirkətlərin hesabları üzərindən əməliyyat aparmır”, – bank bildirib. (azadliq.org)


OXŞAR XƏBƏRLƏR

Beyons konsert çıxışı zamanı qadağan olunmuş jest etdi

43 yaşlı amerikalı müğənni Beyons Texas-Ravensdə Milad ərəfəsində çıxış edib. Çıxışı zamanı o barmaqları ilə NFL-də qadağan edilən tapança jesti edib. Sfer...

ABŞ-ın bu şəhərində bir qanun sayəsində cinayət nisbəti demək olar ki, tamamilə sıfıra enib

Amerikanın Corciya ştatında yerləşən Kennesaw şəhərinin sakinləri silahlarla bağlı özünəməxsus qanunvericiliyə malikdirlər. Sfera.az bildirir ki, bu qanun bü...

Baqajdan tapılan qorilla balası müsadirə edildi - VİDEO

İstanbul hava limanında qəribə qaçaqmal aşkarlanıb. Gömrük işçisi yükə baxış keçirən zaman mayka geyinmiş qorilla balası aşkar edib. Körpə hava üçün deşikləri o...

Səmada 88 bürcün şəkilləri dərc edilib - FOTO

Milli Optik və İnfraqırmızı Astronomiya Rəsədxanası NOIRLab Beynəlxalq Astronomiya İttifaqı tərəfindən tanınan bütün 88 bürcün şəkillərini dərc edib.   ...

Gizli xərçəngin üç əsas əlaməti açıqlanıb

İlkin mərhələdə bağırsaq xərçəngi praktiki olaraq heç bir simptom olmadan baş verir. Sfera.az xəbər verir ki, bunu onkoloq cərrah Elena Smirnova deyib. Hək...

Direktor müavini: Yaralılarından biri reanimasiyaya yerləşdirilib

Qazaxıstanın Mangistau regional xəstəxanasından Bakıdakı Yeni Klinikaya gətirilmiş 14 yaralıdan biri reanimasiyaya yerləşdirilib.   Sfera.az xəbər ve...