Rusiyalı generalların müəmmalı İrəvan səfəri
08:59 / 12.03.2019
4048
Rusiya Silahlı Qüvvələrinin bir qrup yüksək rütbəli zabiti Ermənistanda səfərdədir.
Sfera.az xəbər verir ki, 10-13 mart tarixlərində Ermənistanda səfərdə olacaq rusiyalı zabitlərə general-leytenant İqor Kirilov rəhbərlik edir. Ekspertlər bu səfərin olduqca müəmmalı bir səfər olduğunu etiraf edir. Qeyd edək ki, yaxın günlərdə işğal olunmuş Qarabağda Ermənistan Təhlükəsizlik Şurasının toplantısı keçriləcək.
Bu toplantı ərəfəsində rusiyalı yüksək rütbəli zabitləri səfəri olduqca müəmmalıdır. Rusiyalı zabitlərin görüşdə radiasiya, kimyəvi və bioloji təhlükəsizlik məsələləri, Ermənistan-Rusiya əməkdaşlığı məsələləri müzakirə olunacağı bildirilir.
Artıq ilk görüş də rusiyalı zabitlər Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Onik Qasparyanla görüşüb. Görüşün detalları haqqında məlumat verilmir.