Hacı İbrahim Vergilər Nazirliyini məhkəməyə verdi

Hacı İbrahim Vergilər Nazirliyini məhkəməyə verdi

“Avesta Konserni” MMC Azərbaycan Vergilər Nazirliyi və Bakı şəhər vergilər departamentini məhkəməyə verib. 

Sfera.az "Report"a istinadən xəbər verir ki, şirkət vergi borcunun ləğv edilməsi barədə iddia qaldırıb. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi aktı qismən ləğv edib və yeni qərar qəbul edib. Hazırda işə Azərbaycan Ali Məhkəməsində baxılır.

Vergi borcunun məbləği açıqlanmır.

“Avesta Konserni” MMC-nin sahibi Hacı İbrahim Nehrəmli “Report”a açıqlamasında şirkətin vergi orqanlarını məhkəməyə verməsindən xəbərsiz olduğunu deyib.

***

Qafqazinfo” məsələ ilə bağlı Vergilər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Şahin Məmmədovla əlaqə saxlayıb. O “Avesta Konserni” nin  Vergilər Nazirliyini məhkəməyə verdiyini təsdiqləyib: “Avesta Konserni” MMC  ona hesablanmış torpaq vergisini məhkəmədə mübahisələndirib və hazırda məhkəmə çəkişməsi davam edir”.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...