İlham Zəkiyev cəbhə bölgəsində - VİDEO

İlham Zəkiyev cəbhə bölgəsində -  VİDEO

Kəşfiyyatçı əsgər, iradə gücü ilə bir çoxlarına nümunə ola biləcək paralimpiyaçı çempion İlham Zəkiyev uzun illərdən sonra yenidən cəbdə bölgəsində olub. Burada əsgərlərlə bir araya gələn çempionun görüşləri cəbhənin başqa istiqamətlərində də davam edir.

''Bakı- 2015'' Avropa Oyunlarının qalibi, paracüdoçu İlham Zəkiyev uzun illər sonra vaxtilə xidmət etdiyi hərbi hissəyə gedib.

İlham Zəkiyev uzun illər sonra vaxtilə xidmət etdiyi hərbi hissəyə gedib.

Paracüdoçu hərbi geyimdə əsl qəhrəman kimi qarşılanıb. Bir çox uğurlara imza atan çempion İlham Zəkiyevin hərbçilərlə görüşü Şəmkirdəki hərbi hissədə başlayıb. Müdafiə Nazirliyinin İdarə rəisinin müavini Abdulla Qurbani İlham Zəkiyevin həyat yolu haqqında əsgər və zabitlərə məlumat verib. Bildirib ki, İlham Zəkiyev uzun illər idmanla məşğul olub, 18 yaşında hərbi xidmətə yollanan və kəşfiyyatçı kimi qulluq edən Zəkiyev döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və görmə qabiliyyətini itirib. Ancaq o, qələbə əzmini, həyatsevərliyini və iradəsinin gücünü qoruyub saxlaya bilib.

Şəmkirdəki hərbi hissədən sonra İlham Zəkiyev görüşlərini Murovdağ silsiləsi boyunca xidmət edən əsgərlərlə davam etdirib. Hər bir hərbi post və məntəqədə dayanıb, əsgərlərlə görüşüb.  //xezerxeber

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...