Vatikan haqqında inanılmaz iddia- Fransız jurnalist açıqladı

Vatikan haqqında inanılmaz iddia- Fransız jurnalist açıqladı
Katolik kilsəsinin mərkəzindəki "korrupsiya və riyakarlığı” üzə çıxarmağa iddialı kitab
 
Fransalı jurnalist Frederic Martel söyləyir ki, dördillik araşdırması nəticəsində homoseksual həyat tərzini ictimaiyyət qarşısında qınayan minlərlə rahibin homoseksual olduğunu üzə çıxarıb.
 
"Bir rahib homoseksuallığa nə qədər çox tənqidi yanaşırsa, gizli gey həyatı da bir o qədər ehtiraslı olur," o iddia edir.
 
Fevral ayının ortalarında fransalı jurnalist Frederic Martel tərəfindən qələmə alınan "Vatikanın Dolabında" (In the Closet of Vatican) kitabının təqdimatı baş tutub.
 
Kilsə eyni gündə pedofiliyaya qarşı strategiyasını müzakirə etmək üçün Romada xüsusi görüş təşkil edib.
 
Araşdırma
 
Kitab, dörd il aparılan araşdırmanın nəticəsidir. Mən bir neçə ölkəyə səyahət etdim və onlarla kardinal, keşiş, seminarist və Vatikana yaxın olan insandan müsahibə götürdüm," Martel BBC-ə deyib.
Martel araşdırması əsnasında 41 kardinal, 52 keşiş və 200-dən çox rahib, seminarist və diplomatdan müsahibə aldığını söyləyir.
Kitabın çapı cinsi istismarla bağlı xüsusi görüşün keçirilməsinə təsadüf edib
 
Martel deyir ki, tarixi və sosial şərtlər ruhaniliyi öz kəndlərində seksuallığına görə qınanan yüzlərlə gənc üçün çıxış yoluna çevirib. Bu da kilsəni "əsasən homoseksuallardan ibarət təsisat" halına gətirib.
"Mən aşkarladım ki, Vatikan ən yüksək səviyyəli bir gey təşkilatı və öz cinsini gün ərzində gizlədən, amma axşamları asanlıqla gey bara gedə bilən çoxsaylı homoseksuallardan ibarət qurumdur," yazıçı iddia edir.
Mənbələrdən biri, Marteli, Vatikandakı din xadimlərinin 80 faizinin gey olduğuna əmin etsə də, fransalı yazıçı hər hansısa bir statistikanı əsas gətirə bilmir.
 
Gizli həyatlar
 
O, ayinlərdə tənqid etdikləri həyat tərzini yaşayan minlərlə keşiş olduğunu deyir.
Martel vaxtilə hökumət vəzifəsində işləyən jurnalistdir
O, ayinlərdə tənqid etdikləri həyat tərzini yaşayan minlərlə keşiş olduğunu deyir.
BBC Martel-in iddialarına şərh almaq üçün Vatikan ilə əlaqə saxlasa da, dərhal cavab ala bilməyib.
Lakin tanınmış teologiya mütəxəssisi James Martin, müsahibələrində məlumatın səhihliyini müəyyənləşdirmək üçün fransalı yazıçı tərəfindən istifadə olunan metodologiyanı bir o qədər bəyənmir.
 
"Martel kitabı üçün həqiqətən də güclü bir araşdırma aparıb və kilsədəki riyakarlıq və homofobiya haqqında bir sıra mühüm ideyalar təqdim edir," o, BBC-ə deyib.
 
Avropanın ən homofob ölkəsində - Azərbaycanda gey olmaq necədir?
"Lakin bu ideyalar oxucunu çaşdıran və əyri ilə düzü ayırd etməyi çətinləşdirən fərziyyələr, dedi-qodular və söz-söhbətlər uçqunu altında basdırılıb," Martin əlavə edib.
 
"Cinsi istismarın homoseksuallıqla əlaqəsi yoxdur və heteroseksual ailələr arasında da baş verə bilər", kitabda deyilir.
Kilsənin uşaq istismarının müzakirəsindən ibarət görüşü papa Francis-in təşəbbüsü ilə təşkil edilib və 190 nəfərdən çox nümayəndə iştirak edib. Sağçı sektorlar tərkibində iddia olunan istismar halları daha çox homoseksual keşişlərlə bağlıdır.
ABŞ və Almaniyadan iki tanınmış kardinal papa Francis-ə məktub göndərərək, Roma Katolik liderindən "homoseksual gündəmini" dayandırmağı və yepiskoplardan cinsi istismar hallarında cəza tələbi etməyini istəyib.
Özü də gey olan Martel isə kilsədəki problemin keşişlərin seksual seçimində yox, təsisatın seksuallığa münasibətdə "ikili standart" sərgiləməsində görür.
Kitab yüzlərlə ruhani ilə müsahibələrə əsaslanır
 
"Cinsi istismarın homoseksuallıqla əlaqəsi yoxdur və heteroseksual ailələr arasında da baş verə bilər. Eləcə də, dünya üzrə qurbanların böyük əksəriyyəti qadınlardır. Lakin kilsəyə nəzər salsanız, halların çoxunda homoseksual keşişlərin adı çəkilir," o deyir.
Yazıçı iddia edir ki, kilsə tərkibindəki "gizlilik mədəniyyəti" istismar hallarını "malalamağa" imkan verir.
 
"Bir çox hallarda gördüm ki, homoseksuallığa kəskin tənqidi münasibət bəsləyən keşişlərin gizli gey həyatı daha çox ehtiraslıdır."
 
14 yaşında din xadimi tərfindən təcavüzə uğrayan kişinin hekayəsi
Martel, Latın amerikalı kardinal tərəfindən icarəyə götürlüdüyünü iddia edən seks işçiləri ilə də söhbət edib.
Tənqidçilər isə fransalı yazıçının kitabda göstərilən ittihamlarla bağlı dəlil təqdim etmədiyini deyirlər.
Kitabda keşişlərin ikili həyat yaşadığı iddia olunur
 
Başqaları isə kitabın homoseksual keşişlər və onları üzə çıxarmağa qarşı axtarışların başlanmasına və neqativ stereotiplərin yayılmasına təkanverici qüvvə olacağını dilə gətirirlər.
"İnsanları ifşa etmək riyakarlıq və gizlilik mədəniyyətini üzləşdirməkdən daha asandır," teologiya üzrə mütəxəssis James Martin deyir.
Bununla belə, kitabı bəyənənlər də az deyil. Amerika Katolik Universitetinin professoru monsignor Stephen J. Rossetti-yə görə, kitab Vatikanın qədim strukturunu dəyişməyə kömək edəcək bir sirri açan vasitədir.
 
Uşaq istismarının müzakirəsi Francis-in təşəbbüsü ilə təşkil edilib
 
"Üzvlərinin seçimi və onlara qarşı həssaslıq da daxil olmaqla Müqəddəs See (Holy See) - Vatikanın yurisdiksiya qurumu nümunə olmalıdır. İndiki halda belə deyil," Rossetti deyir.
 
"Din xadimlərinin daimi subaylıq andına sadiq qalmalarını təmin etmək üçün daha yaxşı işlər görmək lazımdır. Kilsə, daimi subaylığa sadiq olmayan homoseksuallara qarşı daha aqressiv olmalıdır.
 
"Kimsə buna son verməyənə qədər, bənzəri hallar davam edəcək," monsignor əlavə edir.


OXŞAR XƏBƏRLƏR

Beyons konsert çıxışı zamanı qadağan olunmuş jest etdi

43 yaşlı amerikalı müğənni Beyons Texas-Ravensdə Milad ərəfəsində çıxış edib. Çıxışı zamanı o barmaqları ilə NFL-də qadağan edilən tapança jesti edib. Sfer...

ABŞ-ın bu şəhərində bir qanun sayəsində cinayət nisbəti demək olar ki, tamamilə sıfıra enib

Amerikanın Corciya ştatında yerləşən Kennesaw şəhərinin sakinləri silahlarla bağlı özünəməxsus qanunvericiliyə malikdirlər. Sfera.az bildirir ki, bu qanun bü...

Baqajdan tapılan qorilla balası müsadirə edildi - VİDEO

İstanbul hava limanında qəribə qaçaqmal aşkarlanıb. Gömrük işçisi yükə baxış keçirən zaman mayka geyinmiş qorilla balası aşkar edib. Körpə hava üçün deşikləri o...

Səmada 88 bürcün şəkilləri dərc edilib - FOTO

Milli Optik və İnfraqırmızı Astronomiya Rəsədxanası NOIRLab Beynəlxalq Astronomiya İttifaqı tərəfindən tanınan bütün 88 bürcün şəkillərini dərc edib.   ...

Gizli xərçəngin üç əsas əlaməti açıqlanıb

İlkin mərhələdə bağırsaq xərçəngi praktiki olaraq heç bir simptom olmadan baş verir. Sfera.az xəbər verir ki, bunu onkoloq cərrah Elena Smirnova deyib. Hək...

Direktor müavini: Yaralılarından biri reanimasiyaya yerləşdirilib

Qazaxıstanın Mangistau regional xəstəxanasından Bakıdakı Yeni Klinikaya gətirilmiş 14 yaralıdan biri reanimasiyaya yerləşdirilib.   Sfera.az xəbər ve...