Dünyada ən çox silah satan dövlətlər hansılardır? –Hesabat açıqlandı (ADLAR)

Dünyada ən çox silah satan dövlətlər hansılardır? –Hesabat açıqlandı (ADLAR)
Stokholm Sülh Problemlərinin Tədqiqatı İnstitutunun (SIPRI) martın 11-də dərc olunmuş yeni tədqiqatının nəticələrində dünyada silah ticarətinin hazırkı vəziyyəti əks edilib.

Hesabatda 2014-2018-ci illərdə ABŞ və Rusiyanın ən böyük silah ixracatçıları olduqları qeyd olunub. Sənəddə bildirilir ki, hesabat dövründə Rusiyanın silah ixracı 2009-20013-cü illərə nisbətən 17 faiz azalıb. Bunun əsas səbəbi Moskvanın Hindistan və Venesuelaya silah satışını azaltmasıdır. Rusiya hesabat dövründə 48 ölkəyə silah satıb və bu ticarətin 55 faizi Hindistan, Çin və Əlcəzairin payına düşür. Bunun əksinə olaraq, ABŞ-ın silah ticarəti 29 faiz artıb. Əsas silahların satışı üzrə Birləşmiş Ştatlar Rusiyadan 75 faiz üstündür. Bu rəqəm ötən hesabat dövründə cəmi 12 faiz olub. Son 5 ildə Vaşinqton dünyanın 98 ölkəsinə silah satıb. Bunların əksəriyyəti yüksək texnologiyalı silahlar – hərbi təyyarələr, orta mənzilli qanadlı və ballistik raketlər, idarəolunan bombalardır.

Ümumilikdə isə, 2014-2018-ci illərdə silah ticarətində 7,8 faizlik artım qeydə alınıb. Ən böyük 5 silah ixracatçısı – ABŞ, Rusiya, Fransa, Çin və Almaniyanın payına ümumi silah tədarükünün 75 faizi düşür. ABŞ və Rusiya isə bu bölgüdə 57 faizlik paya sahibdirlər.

Ən çox silah alan isə Yaxın Şərq ölkələri – Səudiyyə Ərəbistanı, İraq, Misir, Qətər, İsraildir. Silah ixracatçıları arasında isə Almaniya və Fransanın ticarətinin həcmi müvafiq olaraq 13 və 43 faiz artıb. ən böyük artım Çinin silah ixracında olub (196 faiz). Cənubi Koreya, İsrail, Türkiyə də kiçik ixracatçılar arasındadırlar.

Hesabata görə, son 5 ildə silah idxalını ən çox artıran Səudiyyə Ərəbistanı olub (192 faiz).Azərtac

OXŞAR XƏBƏRLƏR

Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola salındı

Bu gün Şuşa və Xocalı şəhərlərinə və Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.   Sfera.az xəbər verir ki, Şuşa, Xocalı şəhərlərinə ...

Prezident İlham Əliyev Kayrat Sarıbayı QƏBUL ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı ...

Tanzaniyada səkkiz nəfər qızdırmadan ÖLDÜ

Tanzaniyada Marburq qızdırmasına yoluxmuş doqquz nəfərdən səkkizi ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Ümumdüny...

ABŞ rəsmilərinin “Güc vasitəsilə sülhə nail olmaq” tezisi nədən xəbər verir? - AÇIQLAMA

“Güc vasitəsilə sülhə nail olmaq Ukraynanın sağ qalması üçün vacibdir. Bu, ABŞ-nin təhlükəsizliyinə də təsir edəcək”. Bu barədə ABŞ Dövlət katibi En...

Məşhur bazarın yanındakı evlər də söküləcək - Kompensasiya nə qədər olacaq?

Keşlə bazarı kimi tanınan ticarət mərkəzi ilə yanaşı həmin əraziyə yaxın evlərin də söküntüsü planlaşdırılır.   Sfera.az milli.az-a istinadən xəbər v...

Çempionlar Liqasında həlledici görüş Bakıda keçiriləcək

FİBA Çempionlar Liqasında Türkiyənin “Aliağa Petkim Spor” və İsrailin “Hapoel Holon” klubları arasında pley-in seriyasının 3-cü, yəni ta...