Azərbaycan Silahlı Qüvvələrinin cəbhə istiqamətinə intensiv hərəkəti qeydə alınıb - VİDEO
Cəmiyyət
04:52 / 25.07.2015
2163
Azərbaycan Silahlı Qüvvələrinin cəbhə istiqamətinə intensiv hərəkəti qeydə alınıb. Videoda Silahlı Qüvvələrin tanklardan və digər zirehli maşınlardan ibarət hərbi texnika karvanının irəliləməsi görünür. Videonun müəllifləri hərbi texnikanın cəbhəyanı rayonlar istiqamətində irəlilədiyini vurğulayıblar.
Müdafiə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, videoda təqdim olunan görüntü Azərbaycan Silahlı Qüvvələrinin hərbi texnikasının adi taktiki yerdəyişməsidir, xüsusi dislokasiyadan söhbət getmir.
Sfera.az