Azərbaycan əsgərinin dəhşətli görüntüsü - VİDEO +16

Azərbaycan əsgərinin dəhşətli görüntüsü -  VİDEO +16

Əfqan İlqaroğlunun müalicəsinə vəsait lazımdır, ata isə oğlunun dərdindən iflic olub

Azərbaycan ordusunda xidmət zamanı əlillik dərəcəsi alan əsgər və zabitlərin sayı heç də az deyil. Əsgər ölümləri fonunda diqqətdən yayınan bu məsələ isə tamamilə nəzarətdən çıxıb.

Bəzi hallarda həkim səhlənkarlığı, əsgərlərə normal səviyyədə baxılmaması və ya onlara lazımi nəzarətin olmaması onlarla gəncin şikəst və ya ağır xəstəliyə düçar olmasına gətirib çıxarır. Hərbi xidmət zamanı ağır xəstəliyə tutulanlardan biri də Masallı rayonunun Güllütəpə kənd sakini Əfqan İlqaroğludur. Kasıb ailənin övladı qulluq etdiyi hərbi hissədə beyninə infeksiya keçməsi səbəbindən beyin sətəlcəmi xəstəliyinə tutulub.

Ordudan təxsis olunan Əfqanın xəstəliyi ilə məşğul olan həkimlər onun müalicəsində aciz olduqlarını etiraf edirlər. Elə bu səbəbdəndir ki, alınan bütün müalicələrin effektiv olmaması səbəbindən gənc oğlan xəstəliyin ən ağır formasından əziyyət çəkir. Üstəlik, Əfqanın atası bu dərdə dözə bilməyib iflic olub.

Yenilik.Az xəbər verir ki, mütəmadi olaraq alınan müalicə külli miqdarda vəsaitin xərclənməsinə səbəb olduğundan ailə ağır maddi durumla üzləşib. Hətta evdə satılmayan əşya belə qalmayıb.

Bizə təqdim olunan videodan da açıq-aydın görünür ki, Əfqan İlqaroğlunun durumu ağırdır və onun beyin sistemi tamamilə çöküb. Amma onun xəstəliyinin müalicəsi mümkündür və bunu xaricdə həyata keçirmək olar. Elə videonu yayımlamaqda məqsədimiz də odur ki, xeyriyyə məqsədi ilə yardım edənlər bu ailəni də nəzərə alsınlar. Həm ailənin dolanışığı düzəlsin, həm də bir gəncin həyatı xilas olsun.


OXŞAR XƏBƏRLƏR

“SOCAR Türkiyə”nin gələn il üçün hədəfləri müzakirə edildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Türkiyə” şirkətinin gələn il üçün hədəfləri və nəzərdə tutulan layihələr müzakirə edi...

Göygöldə TIR sürücüsü olan Türkiyə vətəndaşı ÖLDÜ

Bakı-Qazax magistral yolunda Türkiyə vətəndaşı olan sürücü vəfat edib.   Sfera.az-ın məlumatına görə, Bakı-Qazax magistral yolunun Göygöl rayonu əraz...

Leyla Əliyeva Keniya Prezidenti ilə GÖRÜŞDÜ - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nayrobi şəhərində Keniya Prezidenti Uilyam Samoei Ruto ilə görüşüb.   Sfera.az xəbər verir...

Xalq artisti Ofeliya Sənani palataya köçürüldü

Xətai Tibb Mərkəzinin Reanimasiya şöbəsində müalicə alan Xalq artisti Ofeliya Sənani palataya köçürülüb.   Sfera.az xəbər verir ki, bu barədə AP...

Şirkətlər banklardan 1,8 milyard manatdan çox depoziti geri çəkdi - SƏBƏB

Son bir ayda Azərbaycanda şirkətlər banklardan 1,8 milyard manatdan çox depoziti geri çəkib.   Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Eld...

Pakistanda terror hücumu nəticəsində azı 16 hərbçi öldü

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində hərbi nəzarət-buraxılış məntəqəsinə hökumətə müxalif qruplara məxsus döyüşçülərin hücumu nəticəsində azı...