Rusiya ilə ABŞ arasında şok qalmaqal: Səfirlik əməkdaşı həbs edildi

Dünya
22:33 / 09.03.2019
2599
ABŞ-la Rusiya arasında yeni qalmaqalın əsası qoyulub.
Sfera.az xəbər verir ki, ABŞ-ın Rusiyadakı səfirliyinin əməkdaşı Moskvanın "Şeremetevo” hava limanından partlayıcı qurğu keçirməyə cəhd edərkən həbs edilib.
Bu hadisə ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfirlik əməkdaşının həbsi iki ölkə arasında yeni qalmaqalın əsasını qoyub.
Nazirlikdən ABŞ səfirliyini xəbərdar etdiklərini, hadisə ilə bağlı izahat gözlədiklərini də qeyd ediblər.