“Pulumun sayını bilməzdim” – İradə

“Pulumun sayını bilməzdim” –  İradə

Müğənni İradə İbrahimova ailə həyatı ilə bağlı maraqlı etiraflar edib. 

Sfera.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Zərif qəhrəman" verilişində qarşılaşdığı problemlərdən söz açıb: "Ailə qurub Türkiyəyə gedəndə böyük risk etdim. Nümunəvi ailəm olsun deyə çalışıram. Övladım böyüyür. Onun məktəbdə edəcəyi hər hərəkət atasının və anasının mədəniyyətidir. Hər şeyə çox həssas yanaşıram. Mən hamıya örnək olmaq istəyirəm. Hər şeyin öhdəsindən rahat gəlmək mümkün deyil. Sadəcə, həyat yoldaşımın məsuliyyətini daşımıram. Qayınanamı, qayınatamı, baldızımı və onun qohumlarını hər addımda nəzərə alıram. Qarşımdakı insanları çox düşünürəm.

Yeni ailə quranda baldızımın yoldaşı ilə problemlər yaşadım. Müğənniyəm, ailəyə gəlin gəldim, önə çıxdım, hamı ətrafımda fırlanırdı. O da bundan incidi. Bu da onun mənə qarşı hərəkətlərində əks edilirdi. Oturub ağlayırdım. Qayınanama şikayət edirdim. Baldızım dedi ki, heç kim səni sevmək məcburiyyətində deyil. Ondan səni sevməsini gözləmə. O silləni yedim. Dedim, özünə gəl İradə. Mən diqqətə, əl üstündə gəzməyə öyrəşmişdim. Məni orda tutan yoldaşımın dəstəyi və onun hörmətidir".

İ.İbrahimova bədxərcliyindən də bəhs edib: 

"Qadının öz pulu olmalıdır. Əvvəl yoldaşımın bir aylıq maaşını bir çantaya verirdim. Bədxərc idim. Pulumun sayını bilməzdim. Mən azadlığa öyrəşmişdim. Pulu çantama qoyur, istədiyimə xərcləyirdim. Amma sonradan öyrəndim, özümü yığışdırdım. Pulu bölüb xərcləməyi öyrəndim".


OXŞAR XƏBƏRLƏR

Tramp FED-i bu qərara görə TƏNQİD ETDİ - Son 4 ildə ilk dəfə...

ABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Tramp ABŞ Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini 50 baza bəndi azaltma qərarına görə tənqid edi...

“Azərbaycan da buna görə müvafiq addımlar atıb” – VİDEO

“Əslində, son 50 ildə informasiya texnologiyalarında sürətli inkişaf məlumatların qorunmasının vacibliyini artırır. İndi bəzi ölkələr üçün gizli informasi...

Zaxarova: "Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır"

Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliy...

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...