Erməni ordusunda qalmaqal

Erməni ordusunda qalmaqal
Seksual xarakterli zorakılıqdan zərərçəkən erməni əsgər, hərbi hissədə digər əsgər yoldaşları tərəfindən təhqir edilərək, cinsi təcavüzə məruz qaldığına görə barmaqla göstərilir. 

Bu barədə zərərçəkən əsgərin hüquqlarını müdafiə edən vəkil Hayarpi Sarkisyan KİV-lərə açıqlamasında bildirib. 

Bu vəziyyətin həmin əsgərin psixoloji durumuna olduqca mənfi təsir göstərdiyini qeyd edən vəkil bildirir ki, "K” adlı hərbi qulluqçu bu səbəbdən yenidən hərbi hissəsinin tibb məntəqəsinə yerləşdirilib. Bununla bağlı vəkil Hayarpi Sarksiyan baş prokurorluğa şikayətlə müraciət etdiyini bildirir. 

O, şikayət ərizəsində qeyd edib ki, hərbi qulluqçunun işğal altında olan Madagiz yaşayış məntəqəsində qanunsuz dislokasiya olunan hərbi hissədən başqa bir yerə köçürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlər görülməsi zəruridir.


Qeyd edək ki, işğal altında olan Madagiz yaşayış məntəqəsində qanunsuz dislokasiya olunan 33651 saylı hərbi hissədir. Bu hərbi hissə əhali arasında "Satana” (Şeytan) ləqəbi ilə tanınır. Ermənistanın Berd rayonunda dislokasiya olunan hərbi hissə komandiri, polkovnik Armen Gözəlyan 2017-ci il iyunun 5-də Madagizdə dislokasiya olunan 33651 saylı hərbi hissənin komandiri təyin edilib.

Vəkil bildirir ki, hüquqlarını müdafiə etdiyi zərərçəkən hərbi qulluqçu əvvəlki xidmət yeri olan Ağdərədəki hərbi hissəyə (hərbi hissə 49971) yaxın dislokasiya olunan qanunsuz hərbi hissələrdən birində (hərbi hissə 33651) xidmətini davam edir. Bu hərbi hissədə hüuqlarını müdafiə etdiyi "K” adlı hərbi qulluqçu barədə təhlükəli şayiələr yayılıb. Vəkil bu günlərdə Ermənistandakı "Kanaz” hərbi hospitalında müalicə olunan, hüquqlarını müdafiə etdiyi zərərçəkən əsgərin Qarabağa geri qaytarılan gün, ilk növbədə 2018-ci ildə seksual xarakterli təcavüzə məruz qaldığı Ağdərədəki hərbi hissəyə (49971) aparıldığını bildirib.

Həmin hərbi hissədə ona qarşı cinsi təcavüzə yol verən hərbi qulluqçunu gördüyünü qeyd edib. Bu hal ona mənəvi-psixoloji təzyiq olub. Həmin gün Madagizdəki hərbi hissəyə aparılan erməni əsgəri olduqca ağır psixoloji durumda olduğu barədə vəkilinə telefon vasitəsilə məlumat verib.

Vəkil bunları nəzərə alaraq erməni əsgərinin xidmət yerinin dəyişdirilməsi və ya tərxis edilməsinə dair vəsadət şikayəti ilə aidiyyəti qurumlara müraciət etdiyini bildirib.

Xatırladaq ki, İrəvan sakini olan "K” adlı hərbi qulluqçu Qarabağa hərbi xidmətə aparıldığı ilk günlərdən Ağdərədə qanunsuz dislokasiya olunan 49971 saylı hərbi hissədə "Q” adlı zabit tərəfindən davamlı olaraq döyülüb və cinsi təcavüzə, zorakılıqlara məruz qalıb. 2018-ci il noyabrın 21-də Sünik vilayət məhkəməsində baş tutan məhkəmə zamanı "K” adlı hərbi qulluqçu ilkin istintaq zamanı verdiyi ifadəsindən imtina edərək, ona qarşı cinsi təcavüz xarakterli hərəkətlər edildiyinə dair ilkin ifadəsində təkid edib.

Ermənistan istintaq komitəsinin 3-cü qarnizon istintaq şöbəsi tərəfindən "K” adlı hərbi qulluqçu ilə bağlı seksual xarakterli zorakılıq hərəkətlərinə yol verilməsi faktına dair cinayət işi açılıb. Lakin "Q” adlı zabitə qarşı həbs-qətimkan tədbiri seçilməyib və o, azad hərəkət hüququndan yararlanıb. Erməni zabiti döymə və zoraklıqla bağlı ona qarşı irəli sürülən ittihamları rədd edib. (ordu.az)

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...