Ən təhlükəli cinayətkar həbs edildi
Dünya
13:00 / 09.03.2019
3133
ABŞ polisi ölkənin ən təhlükəli cinayətkarlarından birini, 43 yaşlı Lamonta Stefansonu yaxalayıb.
Stefanson 2014-cü ildən axtarışda idi. Sfera.az xəbər verir ki, o, qız dostunu və iti boğub qaçmışdı. Bundan başqa o, digər qadını və onun pişiyini də öldürməkdə ittiham edilir. FTB onun haqqında məlumat verənə 100 min dollar mükafat da vəd etmişdi.
Qeyd olunur ki, polis Lamontanı Prins-Corcesdə naməlum şəxsin avtomobildə yatması barədə gələn informasiya əsasında tuta biliblər. Saxlanılan zaman üzərində odlu silah olub.