Dünyanın ən yaşlı adamı kimdir?

Dünyanın ən yaşlı adamı kimdir?
"Ginnes”in rekordlar kitabına yeni rekord qeyd alınıb. 116 yaşlı yapon qadın Kane Tanaka planerin ən yaşlı sakini kimi qeydə alınıb. 
 
Sfera.az xəbər verir ki, Tanaka 1903-cü il yanvarın ikisində çoxuşaqlı ailədə anadan olub. 1922-ci ildə o, Hideo Tanaka ilə  ailə qurub və dörd uşaq dünyaya gətirib. Daha bir uşağı isə himayələrinə alıblar.
 
Kane hər gün səhər 6-da yuxudan durur və riyazi tənlikləri həll etməyi sevir. Hazır qadın Fukuokedəki qocalar evində yaşayır. Bundan əvvəlki ən yaşlı sakin Çiyo Miyako 117 yaşında ölüb.


OXŞAR XƏBƏRLƏR