"Bank VTB" Roman Abramoviçin “Birinci Kanal”dakı payını alıb

Rusiyanın "Bank VTB"si törəmə investisiya şirkəti olan "VTB Kapital” vasitəsi ilə məşhur milarder Roman Abramoviçin "Birinci kanal”da sahib olduğu 20%-lik səhm paketini alıb. 

Rusiya mətbuatı xəbər verir ki, bu barədə maliyyə bazarındakı mənbə bildirib. 

Onun sözlərinə görə, sövdələşmə ilə bağlı ətraflı məlumat yaxın vaxtlarda elan ediləcək. 

Bundan sonra "Bank VTB" və "Birinci Kanal”, eləcə də R.Abramoviçin nümayəndəsi Con Mann xəbəri təsdiqləyiblər. 

"Bank VTB"nin İdarə Heyətinin sədri Yuriy Solovyov bildirib ki, təmsil etdiyi maliyyə qurumu mütəmadi olaraq media sektorunu araşdırır: "Bu baxımdan gəlir gətirən, Bankın inkişafına və bazar dəyərinin artmasına imkan verən, cəldedici aktivləri nəzərdən keçiririk. "Birinci kanal” bazarda kifayət qədər aparıcı mövqeyə malikdir. Biz bu televiziya kanalının rəqəmsallaşma baxımından inkişafı üçün geniş imkanlarının olduğunu inanırıq". 

"Birinci kanal"ın səhmdarları arasında "Bank VTB" ilə yanaşı, usiyanın Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyi (38,9%), "Milli Media Qrupu" (29%), TASS agentliyi (9,1%) və "Ostankino" televiziya mərkəzi (3%) də var.

Report.az

OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...