Masonların böyük magistri Qarabağda

Masonların böyük magistri Qarabağda

Rusiyanın Sosial Ədalət Partiyasının lideri, Rusiya mason lojasının böyük magistri və rəhbəri Andrey Boqdanov Azərbaycanın işğal olunmuş ərazilərinə gedib. 

Sfera.az-ın vesti.az-a istinadən məlumatına görə, bu barədə o, öz Facebook səhifəsində yazıb.

Partiya rəhbərinə istifadəçilər "siz Azərbaycanın Xarici İşlər Nazirliyinin "qara siyahısı"na düşəcəyinizi bilirsinizmi?" sualını veriblər. Boqdanov cavab verib ki, o, uşaqlarının ulu babasının məzarını ziyarət etmək üçün Dağlıq Qarabağa gedib. "Mən nə bir siyasətçi, nə də hansısa rəsmi şəxslə görüşmüşəm" - deyə əlavə edib.

Siyasətçi daha sonra Dağlıq Qarabağda çəkdirdiyi fotoları da paylaşıb. Boqdanovun fotolarından məlum olub ki, Xankəndindəki "Chalie" kafesində masonların toplantısı keçirilib. //apa


OXŞAR XƏBƏRLƏR