Birinci sinfə gedənlər üçün YENİLİK - Qeydiyyatın yoxdursa...

Birinci sinfə gedənlər üçün YENİLİK - Qeydiyyatın yoxdursa...
Bakıda qeydiyyatda olduğu ərazidə deyil, başqa ərazidəki məktəbə övladlarını 1-ci sinfə qoymaq istəyən valideynlər üçün yenilik tətbiq edilib.

Sfera.az bildirir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini İlhamə Abdullayeva deyib.

Onun sözlərinə görə, əvvəllər bunun üçün valideynlər Təhsil Nazirliyinə rəsmi şəkildə müraciət edirdilər. Lakin indi bu çətinlikləri və sənədləşmə prosedurunu aradan qaldırmaq üçün "gözləmə siyahısı”sı tətbiq ediləcək”.

 

İ.Abdullayeva qeyd edib ki, uşağın məktəbə yaxın ərazidə yaşaması, valideynlərdən birinin həmin məktəbdə (uşağın oxumaq istədiyi) işləməsi və ailədəki uşaqlardan birinin həmin məktəbdə təhsil alması belə uşaqların 1-ci sinfə qəbulu zamanı üstünlük halı kimi nəzərdə alınır:

"Əgər valideyn üçün bu üstünlük hallarından heç biri yoxdursa, onda onun adı "gözləmə siyahısı”nda qeyd ediləcək. Yeni yer yaranan kimi bu siyahıda adı olan ilk şəxsin uşağı yaşayış qeydiyyatı üzrə ərazidə yerləşməyən məktəbə daxil ola biləcək”.

Qeyd edə ki, birinci sinfə sənəd qəbulu martın 11-də səhər saat 10:00-dan etibarən başlayır.

Trend.az


OXŞAR XƏBƏRLƏR

Türkiyə səfiri Azərbaycanı TƏBRİK ETDİ

8 Noyabr - üçrəngli Azərbaycan bayrağının azad Qarabağın ən uca zirvələrində dalğalandığı gündür.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Azə...

Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə TƏBRİK ETDİ

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.   Sfera.az-ın ...

Toral Bayramovun qolu ən yaxşı seçilə bilər - VİDEO

Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunun ən yaxşı qolu adına namizədlər elan edilib.   Sfera.az xəbər verir ki, namizədlər arasında “Qar...

Trampın gəlişi bu ölkədəki vəziyyəti DƏYİŞƏCƏK: “Mitinqlər nəticəsiz qalacaq, ABŞ ilə əlaqələr isə..”

Donald Trampın yenidən prezident seçilməsindən sonra bir sıra məsələlər müzakirə obyektinə çevrilib. Bunlardan biri də Cənubi Qafqaz regionunun əsas oyunçuların...

Prezident Bakıda Zəfər parkının açılışında iştirak etdi

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak ediblər. ...

TFF Joze Mourinyonu cəzalandırdı

Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Joze Mourinyo Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Şurası (PFDK) tərəfindən cəzal...