Birinci sinfə gedənlər üçün YENİLİK - Qeydiyyatın yoxdursa...

Birinci sinfə gedənlər üçün YENİLİK - Qeydiyyatın yoxdursa...
Bakıda qeydiyyatda olduğu ərazidə deyil, başqa ərazidəki məktəbə övladlarını 1-ci sinfə qoymaq istəyən valideynlər üçün yenilik tətbiq edilib.

Sfera.az bildirir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini İlhamə Abdullayeva deyib.

Onun sözlərinə görə, əvvəllər bunun üçün valideynlər Təhsil Nazirliyinə rəsmi şəkildə müraciət edirdilər. Lakin indi bu çətinlikləri və sənədləşmə prosedurunu aradan qaldırmaq üçün "gözləmə siyahısı”sı tətbiq ediləcək”.

 

İ.Abdullayeva qeyd edib ki, uşağın məktəbə yaxın ərazidə yaşaması, valideynlərdən birinin həmin məktəbdə (uşağın oxumaq istədiyi) işləməsi və ailədəki uşaqlardan birinin həmin məktəbdə təhsil alması belə uşaqların 1-ci sinfə qəbulu zamanı üstünlük halı kimi nəzərdə alınır:

"Əgər valideyn üçün bu üstünlük hallarından heç biri yoxdursa, onda onun adı "gözləmə siyahısı”nda qeyd ediləcək. Yeni yer yaranan kimi bu siyahıda adı olan ilk şəxsin uşağı yaşayış qeydiyyatı üzrə ərazidə yerləşməyən məktəbə daxil ola biləcək”.

Qeyd edə ki, birinci sinfə sənəd qəbulu martın 11-də səhər saat 10:00-dan etibarən başlayır.

Trend.az


OXŞAR XƏBƏRLƏR

Məhbuslar tunel vasitəsilə həbsxanadan qaçdı - FOTO

Rusiyanın Lipetsk vilayətindəki 2 saylı islah koloniyasından altı məhbus bir anda iki tunel qazaraq qaçıb. Artıq 5 qaçaq saxlanılıb. Onların hamısı Özbəkistan v...

Madonnanın qızı daha bir məşhur brendin reklam kampaniyasında rol alıb - FOTOLAR

27 yaşlı Lourdes Leon “Marc Jacobs” brendinin reklam kampaniyasında rol alıb. Gənc məşhur görüntüləri İnstaqramda paylaşıb.   Sfera.az bild...

Bakıda külək gücləndi, bu rayona qar yağır - FAKTİKİ HAVA

Oktyabrın 26-sı saat 23:00-a olan faktiki hava açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a bildirilib ki, ölkə ərazisində qeyri-sabi...

"Oqtay, məni bağışla" - Dilarə Əliyeva

Bu gün Əməkdar artist Dilarə Əliyevanın "Mintonasiya" stand-up şousu baş tutub.   Sfera.az xəbər verir ki, aktrisa səhnədə mərhum həyat yol...

” Dünyanın güc mərkəzləri bu ölkələri öz nəzarətində saxlamaq istəyir” - VİDEO

“Avropa Parlamentinin apardığı siyasət Qərbin siyasətinin tərkib hissəsidir. Bu siyasətin tərkib hissəsi ondan ibarətdir ki, özlərindən zəif olkələri öz t...

Gürcüstanda parlament seçkiləri başa çatdı

Gürcüstanda keçirilən parlament seçkiləri yerli vaxtla saat 20:00-da başa çatıb.   Sfera.az xəbər verir ki, ümumilikdə ilk dəfə proporsional sistem ü...