Türkiyə ordusunda sosial mediadan istifadə qadağan edildi
Dünya
18:44 / 07.03.2019
3144
Türkiyə Silahlı Qüvvələrində internetə giriş və cib telefonlarından istifadə qadağan edilə bilər.
Sfera.az xəbər verir ki, bu məlumatı "Haber7” yayıb.
Bildirilib ki, ötən il məsələyə dair Türkiyə Silahlı Qüvvələri 21 maddəlik bildiriş hazırlayaraq, yayıb. Orada nəzərədə tutulan cəzaların tətbiq edilməsində hələlik problem mövcuddur. Həmin bildirişdə hərbçilərin sosial media vasitəsilə paylaşımlar etməsi, istənilən elektron vasitə ilə hərbi bölgədən fotolar yayması qəti şəkildə qadağan edilib.
İnformasiyaya görə, Şimali Kipr Türk Respublikasında artilleriya bataresiyasında qulluq edəcək bir hərbçi ezamiyyət vərəqəsini internetdə yayandan sonra Yunanıstan KİV-ində bu barədə yazılar dərc edilib. Bundan sonra məsələ yenidən Türkiyədə gündəmə gətirilib.
Türkiyəli mütəxəssislər bildiriblər ki, bu məsələ dünyada ciddi problemdir.