Levon Ter-Petrosyan “DTK” agenti olub - FOTOFAKT
Dünya
10:37 / 07.03.2019
3644
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan haqqında sosial şəbəkədə şok fakt yayımlanıb. Sfera.az xəbər verir ki, sabiq erməni prezidentin keçmiş sovet xüsusi xidmıt orqanının əməkdaşı olması haqqında sənədlər yayımlanıb. Onun adına olan və 21 oktyabr 1981-ci il tarixli bir sənəddə Petrosyanın leytinant rütbəsində keçmiş DTK -nın rezidenti olduğu bildirilir.
Qarabağ komitəsinin aparıcı üzvü və Sovet dövründə müstəqil Ermənistanın ilk prezidenti olan Petrosyanın Qarabağ savaşının əsas təşkilatşısı olması danılmaz faktdır. Məhz bu səbəbdən Petrosyanın Qarabağ savaşının "DTK”-nın təlimatı ilə başladığı danılmaz faktdır. Hələ 2000-ci illərin əvvəllərində Ter-Petrosyanın xüsusi agent statsunda olduğu faktı erməni mətbuatında yayılmışdı.
DTK agenti Levon Akopoviç Ter-Petrosyan, şəxsi nömrəsi olan Z-385292, 29 May 1977-ci ildə "DTK”-ya işə götürülüb. Onun kod adı "Kazbek” olub. Bu gün Rusiya xüsusi xidmət orqanları Levon Ter-Petrosyanın aktif siyasətə qayıtması üçün çalışır. Xatırladaq ki, Qarabağ klanının ən qatı düşməni hesab edilən Levon Ter-Petrosyan , heç indiki hakimiyyət tərəfindən də qəbul edilmir. Bunun bir çox səbəbi var. Yaxin zamanda Levon Ter-Petrosyan komandasının aktiv aksiyalara ba.layacağı danılmazdır. Çünki iki gün öncə Ermənistanın müxtəlif şəhərlərində Nikol Paşinyan hakimiyyətinə qarşı aksiyaların da məhz Levon Ter-Petrosyan komandası tərəfindən həyata keçirildiyi bildirilirdi.