Çəkələklə gəzmək turistlərə qadağan edildi
Dünya
18:19 / 07.03.2019
2211
İtaliyanın Liquriya vilayətində Çinkve-Terre milli parkının rəhbərliyi turistlərə parkın ərazisinə çəkələklə daxil olmağı qadağan etmək qərarına gəlib.
Sfera.az xəbər verir ki, qaydanı pozanlar təqribən 2 avro məbləğində cərimə olunacaqlar.
Bu qərarın qəbul edilməsinə səbəb yerli dağ-xilasetmə bölməsinin nümayəndələrinin turistlərin dağlıq ərazilərdə qeyri-münasib ayaqqabı ilə gəzmələrindən şikayət etməsi olub.
Xilaedicilər onların çəkələk və digər oxşar ayaq geyimi növləri ilə qayalıq ərazilərə getməyini təhlükəli hesab edir.